Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun alimləri “Azərbaycan Respublikasının tarixi”nin yazılmasında müəllif kimi iştirak ediblər

  • Oxunub 418 dəfə

 Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən “Azərbaycan Respublikasının tarixi” kitabının I və II cildləri nəşr edilmişdir. Kitabın ideya müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.

 “Azərbaycan Respublikasının Heydər Əliyev epoxası 1993-2003” adlanan cildliyin hazırlanmasında bir qrup alimlə yanaşı Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru, i.e.d., professor Müşviq Atatkişiyev və İnstitutun Monetar və fiskal tənzimləmə problemləri şöbəsinin müdiri i.e.d., dosent Yaşar Məmmədov da iştirak etmişdir.

 Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycana ikinci dəfə hakimiyyətə gəlməsi və onun fəaliyyəti dövrünü əhatə edən kitabda 1993-2003-cü illər ərzində həyata keçiirlən iqtisadi siyasət və əldə edilən nəticələrin tədqiqinə ayrıca yer verilmişdir. Kitabda M.Atakişiyev tərəfindən “Dövlət müstəqilliyinin iqtisadi təminatı sahəsində siyasət”, “Yeni iqtisadi sistemə keçid və iqtisadi siyasətin formalaşması”, “Dövlət əmlakının özəlləşdiirlməsi və sahibkarlığın inkişafı”, “Nəqliyyat-kommunikasiya və enerji dəhlizləri məsələsi”, Y.Məmmədov tərəfindən “Maliyyə-kredit siyasəti və bank sisteminin inkişafı” bölmələri yazılmışdır (economics.com.az)