Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Neft-qaz sənayesi Azərbaycan Respublikasının davamlı inkişaf strategiyasının əsası kimi”

  • Oxunub 1541 dəfə

  Yeni nəşrdə dövlətin davamlı inkişaf strategiyası ilə bağlı Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Atom Enerji Agentliyi, Beynəlxalq Enerji Agentliyi və Avrostat və Avropa Birliyinin Ətraf Mühitin Mühafizəsi Təşkilatlarının birgə hazırladığı “Davamlı inkişafın enerji göstəriciləri metodolagiyası” təhlil olunur, həmin metodologiya uyğun enerji göstəricilərinin makroiqtisadi göstəricilərlə və iqtisadi inkişafla əlaqələri dövlətin davamlı inkişaf strategiyasınin təmin edilməsinin əsas şərtləri kimi qiymətləndirilir.

 Monoqrafiyada dünya iqtisadiyyat sistemlərində gedən proseslərin ölkəmizdə neft-qaz sənayesinə təsiri, davamlı inkişaf strategiyasının formalaşmasında rolu öz əksini tapıb. Nəşrdə Azərbaycan Respublikası üçün davamlı inkişafın enerji göstəricilərinin tətbiq olunması qarşıya qoyulmuş əsas məqsəd kimi oxuculara təqdim edilir (economics.com.az).