Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Vətən müharibəsi iştirakçılarının məşğulluğu” kitabı çap olunub

  • Oxunub 524 dəfə

 “Vətən müharibəsi iştirakçılarının məşğulluğu” adlı kitab nəşr edilib. Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” layihələrinin maliyyələşdirilməsi üzrə qrant müsabiqəsi çərçivəsində, “Müharibə iştirakçılarının məşğulluq imkanlarının yaxşılaşdırıl-ması istiqamətində təklif və tövsiyələrin hazırlanması” layihəsinin icrası nəticəsində hazırlanıb.

Layihənin rəhbəri və kitabın elmi redaktoru Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevadır. Kitabın həmmüəllifləri i.e.d., professor Nazim Müzəffərli, i.f.d., dos. Allahyar Muradov və elmi işçi Mələk Əliyevadır.

Kitab Vətən müharibəsi iştirakçılarının məşğulluq imkanlarının yaxşılaşdırılmasının tədqiqinə həsr olunmuşdur. Kitabda ölkəmizdə Vətən müharibəsi iştirakçılarının məşğulluğunun mövcud vəziyyəti tədqiq edilmiş  və yaxşılaşdırılması istiqamətində təklif və tövsiyələr verilmişdir.