Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” beynəlxalq elmi konfransın materialları nəşr olunub

  • Oxunub 362 dəfə

 18-19 sentyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə Şuşada keçirilmiş “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransın materialları çap olunub.

 Kitabda açılış nitqi, konfrans iştirakçılarının məqalələri toplanmışdır. Həm konfransın, həm də onun materialları əsasında tərtib edilmiş bu kitabın əsas məqsədi – Qarabağın, xüsusilə də Şuşanın bərpası, yenidən qurulması, qısa, orta və uzunmüddətli perspektivdə inkişafı ilə bağlı sosial-iqtisadi tədqiqatları stimullaşdırmaq, ölkəmizin elmi ictimaiyyətini bu məsələlərlə bağlı araşdırmalara daha geniş cəlb etməkdir.

Kitabın redaksiya heyətinə Nazim Müzəffərli (İmanov) (Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor), Rəsmiyyə Abdullayeva (İqtisadiyyat İnstitutu, “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d.), Cahangir Səlimxanov (Mədəniyyət Nazirliyi, müşavir), Sadıx Nəbiyev (AMEA RH aparatının elmi katibi), Mahir Zeynalov (İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dosent), Mətanət Abdalova (İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d.) və Tanrıverdi Paşa (İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi) daxildirlər.

Konfransın materiallarını aşağıdakı linkdən yükləmək olar

“Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” beynəlxalq elmi-praktik konfransın materialları