Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Heydər Əliyev dühasına iqtisadçı baxışı” kitabı çap olunub

  • Oxunub 496 dəfə

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin “Heydər Əliyev dühasına iqtisadçı baxışı” kitabı (Bakı,“Elm və Təhsil”, 2023,428 səh.) çap olunub.

 İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən kitab Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın X bəndinin icrası kontekstində müəllif tərəfindən tərtib edilmişdir.

Nəşrin elmi redaktoru iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyevdir.

 Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən bu toplu - kitabda dünya liderlərinin Ulu Öndər haqqında fikirləri, Heydər Əliyevin 200 müdrik kəlamları və arzuları, onun iqtisadçılara verdiyi qiymət, 90 illik yubileyinə həsr edilən xarici jurnal, Heydər Əliyev Fondu və Mərkəzi haqqında qısa məlumat, müəllifin onun fəaliyyətinə həsr etdiyi nüfuzlu yerli və xarici jurnallarda dərc edilən məqalələri, respublika və beynəlxalq səviyyəli konfranslardakı çıxışları, KİV- də verdiyi müsahibələr yer almışdır. Həmin tədqiqatların məntiqi məzmunundan irəli gələn – Heydər Əliyevin ölkə sənayesinin innovativ inkişafı, iqtisadçı – mühəndis kadrların hazırlanması, neft strategiyasının formalaşdırılması, onun həyata keçirilməsinin sosial – iqtisadi nəticələri, biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı modelinin tətbiqi və inkişafı əsasında son 20 ildə makro və mikro idraəetmə səviyyələrində qazanılan nailiyyətlər haqqında reallıqlar və faktlar geniş təhlil və şərh edilmiş, növbəti onilliklərdə ölkə iqtisadiyyatının inkişafına dair strateji hədəflə təsnifləşdirilmişdir.

 Kitab Heydər Əliyev irsini öyrənib təbliğ edən ölkə iqtisadiyyatının sosial - iqtisadi inkişafı aspektlərinin tədqiqi ilə məşğul olan mütəxəssislər, elmi işçilər, doktorantlar və bütünlükdə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Kitabın elektron varinatı - “Heydər Əliyev dühasına iqtisadçı baxışı”  (yüklə)