Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dissertasiya mövzuları ilə bağlı iki yeni kitab

  • Oxunub 6200 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə iki kitab - “Dissertasiya mövzularının ixtisaslar üzrə qruplaşdırılması (iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi üzrə 2005-2014-ci illər)” (Bakı, «Avropa» nəşriyyatı – 2015, 218 səh.) və “Dissertasiya mövzularına elmi rəhbərlik edənlərin siyahısı (iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi üzrə 2005-2014-ci illər) (Bakı, «Avropa» nəşriyyatı -2015, 177 səh.) cap olunub. Kitablar AMEA İqtisadiyyat İnstitutu və İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının birgə nəşridir. Tərtibatçıları iqtisad elmləri doktoru, professor G.Z.Yüzbaşıyeva və iqtisad üzrə fəlsəfə doktoru, dos. A.M.Mustafayevdir.

 Birinci kitabda son on ilin dissertasiya mövzuları və onların ixtisaslar üzrə qruplaşdırılması verilmişdir. Siyahı əsasən “İqtisadiyyat problemləri üzrə koordinasiya şurası”nın protokolları və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi saytı əsasında tərtib edilmişdir. Siyahının tərtib edilməsində əsas məqsəd iqtisadi mövzuların ixtisaslar üzrə bölgüsünü müəyyən edərək yeni elmi tədqiqat işlərinin daha uyğun ixtisaslar üzrə verilməsini təmin etməkdir.

 İkinci kitabda isə son on ilin dissertasiya mövzuları və onlara rəhbərlik edən şəxslərin siyahısı verilmişdir. Siyahı əsasən “İqtisadiyyat problemləri üzrə koordinasiya şurası”nın protokolları və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi saytı əsasında tərtib edilmişdir. Siyahının tərtib edilməsində əsas məqsəd yeni elmi tədqiqat mövzuları seçilərkən iqtisadiyyat üçün daha aktual və mütərəqqi hesab olunan problemlərin müəyyən olunmasıdır.

 Yeni kitablar iqtisadi problemlərin araşdırılması üzrə elmi tədqiqat institutularının əməkdaşları, ictimai təşkilatlarda çalışan mütəxəssislər, müəllimlər və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

 Kitabların elektron variantı 

 “Dissertasiya mövzularının ixtisaslar üzrə qruplaşdırılması...” (yükləyin)
 “Dissertasiya mövzularına elmi rəhbərlik edənlərin siyahısı...” (yükləyin)