Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Dissertasiya mövzularının ixtisaslar üzrə qruplaşdırılması (2015-2022-ci illər)” kitabı çap olunub

  • Oxunub 279 dəfə

 “Dissertasiya mövzularının ixtisaslar üzrə qruplaşdırılması (2015-2022-ci illər)” məlumat kitabçası nəşr edilib. Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan kitabın tərtibatçıları professor Gülşən Yüzbaşıyeva və dosent Asif Mustafayevdir.

 Kitabda son on ilin dissertasiya mövzuları və onların ixtisaslar üzrə qruplaşdırılması verilmişdir. Siyahı əsasən “İqtisadiyyat problemləri üzrə koordinasiya şurası”nın protokolları və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi saytı əsasında tərtib edilmişdir. Siyahının tərtib edilməsində əsas məqsəd iqtisadi mövzuların ixtisaslar üzrə bölgüsünü müəyyən edərək yeni elmi tədqiqat işlərinin daha uyğun ixtisaslar üzrə verilməsini təmin etməkdir.

Təqdim olunmuş kitab iqtisadi problemlərin araşdırılması üzrə elmi tədqiqat institutularının əməkdaşları, ictimai təşkilatlarda çalışan mütəxəssislər, müəllimlər və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

Kitabın elektron variantı aşağıdakı linkdə verilmişdir

“Dissertasiya mövzularının ixtisaslar üzrə qruplaşdırılması (2015-2022-ci illər)”