Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"Azәrbaycanın enerji siyasәti Qәrb mәtbuatında"

  • Oxunub 1685 dəfə

 Kitabın redaktorlarından biri İnstitutumuzun əməkdaşı, i.f.d. Aqil Eyvazovdur

 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - "Azәrbaycanın enerji siyasәti Qәrb mәtbuatında" kitabı işıq üzü görüb (Bakı-2015, 288 səh.). Kitabda son illәr Qәrb mәtbuatında Azәrbaycanın enerji siyasәti, neft və qaz strategiyası, Xəzərin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında kəmərlərin rolu ilə bağlı dәrc olunmuş analitik yazılar, məqalələr yer alır.

 Kitabı Cavid Ağayev və Şahin Ələsgərov tərcümə ediblər. Nəşrin redaktorları isə AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı, i.f.d. Aqil Eyvazov və Bəhlul Abbasovdur.

 Kitab iqtisadçılar, siyasәtçilәr vә geniş oxucu kütlәsi üçün nәzәrdә tutulub. Kitabla İnstitutun kitabxanasında tanış olmaq olar (economics.com.az)

 Kitabın elektron variantı ilə aşağıdakı linqdə tanış olmaq mümkündür.

 http://achiqkitab.az/uploads/books/online/enerjiresurslari/index.html#p=4 (yükləyin)