Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Abşeron rayonu: Regional İnnovasiya Proqramı (2015-2020-ci illər)”

  • Oxunub 1450 dəfə

 Kitabın elmi məsləhətçisi və tərtib edən professor Tarbiz Əliyevdir

 AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.e.d., professor Tarbiz Əliyevin “Abşeron rayonu: Regional İnnovasiya Proqramı (2015-2020-ci illər)” (Bakı, 2015, 160 səh.) kitabı çap olunmuşdur. Proqramda 2016-2020-ci illərdə rayonda həyata keçirilməsi zəruri hesab edilən Abşeron rayonunun sosial-iqtisadi sisteminə daxil olan istehsal və xidmət səhələrinin innovasiya fəaliyyətinin genişləndirilməsinə yönəldilən 180-a yaxın kompleks tədbirlərin təsnifatı verilmiş, onların həyata keçirilməsi üçün tələb olunan investisiyanın məbləği hesablanmış, sosial-iqtisadi səmərənin həddi, yeni yaradılacaq iş yerlərinin sayı müəyyən edilmişdir.

 Proqramda 2020-ci ilədək olan dövrdə Abşeron rayonunda ixtisaslaşdırılmış və qarışıq tipli 8 aqroparkın, rayon mərkəzində və qəsəbələrdə “sənaye və xidmət məhəllələrinin”, “ərazi istehsal klasterinin”, “Biznes assosiasiyasının”, “Regional maliyyə-sənaye assosiasiyasının” və digər innovasiya infrastrukturunun yaradılması kimi tədbirlər nəzərdə tutulmuşdur (economics.com.az).