Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Xidmət sferasında sahibkarlığın inkişafı: problemlər və perspektivlər”

  • Oxunub 2279 dəfə

 İqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalovun monoqrafiyası çapdan çıxmışdır

 AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalovun “Xidmət sferasında sahibkarlığın inkişafı: problemlər və perspektivlər” adlı monoqrafiyası çapdan çıxmışdır (Bakı, “Avropa” nəşriyyatı, 2015, 208 səh.). AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan kitabın elmi redaktorları i.f.d. A.Muradov və i.f.d. S.Rizayeva, rəyçiləri i.e.d. professor Q.Süleymanov və i.f.d. Ə.Həsənovdur.

 Monoqrafiyada sahibkarlıq fəaliyyətinin nəzəri-metodoloji əsasları, Azərbaycan alimlərinin sahibkarlığa elmi-nəzəri baxışları, xidmətlərin mahiyyəti, xidmət sferasının inkişafı sahəsində dünya təcrübəsi, xidmət sferasında sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri və s. məsələlərlə bağlı nəzəri təhlil aparılmışdır. Habelə müstəqillik illərində Azərbaycanda sahibkarlığın inkişafı meyilləri, xidmət sferasında sahibkarlığın inkişafının müasir vəziyyəti təhlil olunmuş və qiymətləndirilmişdir. Sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi və tənzimlənməsi mexanizimləri, xidmət sferasında sahibkarlığın inkişaf etdirilməsinin əsas istiqamətləri üzrə təklif və tövsiyyələr verilmişdir.

 Kitab elmi işçilər, tədqiqatçılar, ali məktəb müəllimləri, tələbələr, magistrlər, doktorantlar, nazirlik və şirkətlərin işçiləri, sahibkarlar və s. geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur (economics.com.az).