Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Xidmət sahələrində kommersiya fəaliyyətinin əsasları”

  • Oxunub 1824 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d., dosent Aqil Əsədovun (i.f.d. Ədalət Əsədovun həmmüəllifliyi ilə) “Xidmət sahələrində kommersiya fəaliyyətinin əsasları” adlı dərs vəsaiti çapdan çıxmışdır (Bakı, “Yeni poliqrafist” nəşriyyatı, 2016, 260 səh.). Kitab Azərbaycan Universitetinin Metodiki Şurasının qərarı ilə çapa tövsiyə edilmişdir. Nəşrin elmi redaktorları i.e.d., prof. G.Ə.Gənciyev və i.e.d. D.Ə.Vəliyev, rəyçiləri i.f.d. Ə.S.Salahov, i.f.d. İ.Ə.Abbasov, i.f.d. S.İ.Hümbətova və i.f.d. K.N.Abdullayevdir.

 Kitabda xidmət sahələrinin sosial iqtisadi mahiyyəti və məzmunu izah olunmuş, milli təsərrüfatlarda xidmət sektorunun yeri aydınlaşdırılmış, bu sahədə fəaliyyətin təşkilinə dair normativ hüquqi baza nəzərdən keçirilmiş, xidmət sahələrində kommersiya fəaliyyəti və bazar münasibətlərinin formalaşması məsələləri tədqiq olunmuşdur. Xidmət sahələrinin təsnifatı, xidmət sahibkarlığının inkişafı, bu sahədə maliyyə-vergi amillərinin rolu, kommersiya fəaliyyətinin təşkili, xidmət sektorunun inkişafına dair yerli və beynəlxalq təcrübə və s. istiqamətlərin ətraflı şəkildə araşdırıldığı dərs vəsaitində ayrı-ayrı xidmət sahələri üzrə kommersiya fəaliyyətinin təşkili məsələlərinə də aydınlıq gətirilmişdir.

 Təqdim edilən dərs vəsaiti kommersiya fəaliyyətinin təşkili, xidmət sahələrində kommersiya fəaliyyəti, sahibkarlığın inkişafı, biznesin təşkili və idarə edilməsi və s. ixtisaslar üzrə təhsil alan bakalavrlar, eləcə də müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər üçün zəngin və faydalı mənbə ola bilər (economics.com.az).