Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tətbiqi: “Azərbaycan Respublikasında qeyri-neft sənayesinin İnkişaf Proqramı”

  • Oxunub 2053 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., prof. İsa Alıyevin və i.f.d.Yaşar Məmmədovun birgə müəllifləri olduqları “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tətbiqi: “Azərbaycan Respublikasında qeyri-neft sənayesinin İnkişaf Proqramı” kitabı (Bakı, “Avropa” nəşriyyatı, 2014, 134 səh.). oxucular üçün dəyərli ədəbiyyatdır.

 Kitab AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur. Nəşrin elmi redaktorları i.e.d. A.Rüstəmov, i.e.d., prof. H.Rüstəmbəyov və i.e.d., prof. A.ƏIəkbərov, rəyçiləri i.e.d. A.ƏIəkbərov, i.f.d. İ.Rzayev və i.f.d. Z.Zeynalovdur.

 Monoqrafiya “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müasir elmi və praktik əsaslar üzrə tətbiqinə yardım etməklə, həmçinin Azərbaycanda qeyri-neft sənayesinin İnkişaf Proqramını irəli sürür. “Azərbaycan 2020: gələcəyə baxış ” İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsinin məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdirilməsi əsaslandırılır. Məhz belə bir zərurət Azərbaycan Respublikasında qeyri-neft sənayesinin İnkişaf Proqramının hazırlanmasını gündəmə gətirmişdir. Monoqrafiya “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tətbiqində, həmçinin “Azərbaycan Respublikasında qeyri-neft sənayesinin İnkişaf Proqramı"ndan istifadə edilməklə, ölkədə qeyri-nefi sektorunun inkişafında xüsusi əhəmiyyət kəsb edəcəkdir.

 Monoqrafiya dövlət qulluqçuları, əlaqədar nazirliklərin işçiləri, eləcə də elm adamları üçün əhəmiyyət kəsb edir. Kitabla institutmuzun kitabxanasında tanış olmaq olar (economics.com.az).