Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Akif Musayevin “Aksizlər” kitabı çapdan çıxmışdır

  • Oxunub 1337 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının üzvü, AMEA-nın müxbir üzvü, professor Akif Musayevin “Aksizlər (xüsusi istehlak vergisi)” kitabı çapdan çıxmışdır (Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2016. -158 s.).

 Kitabın məsləhətçisi Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov, rəyçiləri akademik Ziyad Səmədzadə, Auditorlar Palatasının sədri, i.e.d., professor Vahid Novruzov, redaktoru isə i.f.d., dos, Vergilər Nazirliyinin vergi auditi baş idarəsinin təhlil şöbəsinin rəisi Zahid Rzayevdir.

 Monoqrafiyada aksizlərin yaranma tarixi, aksizli malların seçilmə xüsusiyyətləri, iqtisadi, ekoloji və təhlükəsizlik nöqteyi-nəzərindən mahiyyəti açıqlanmış, universal aksizin spesifik forması olan dövriyyədən aksiz vergisi, onun digər universal aksiz formaları olan satışdan və əlavə dəyər vergisindən fərqi, büdcə gəlirlərinin formalaşmasında rolu tədqiq edilmiş, aksizlərin tətbiqi formalarının müqayisəli təhlili aparılmış, aksizlərin inzibatçılığı və ona nəzarət, aksiz vergitutmasında harmonizasiya məsələləri araşdırılmışdır.

 Monoqrafiyada aksizlərin bir çox elementlərinə müəllifin xüsusi yanaşmaları verilmiş, onun Azərbaycanın vergi sistemindəki əhəmiyyəti və xüsusiyyətləri təhlil edilmişdir. Monoqrafiya vergi sahəsində çalışan mütəxəssislər, vergi ixtisası üzrə təhsil alan tələbə və magistrlər və elmi işçilər üçün faydalı mənbə rolunu oynaya bilər. Monoqrafiya 6 fəsildən, 46 bölmədən, 160 səhifədən ibarətdir (economics.com.az).

Kitabın elektron variantı ilə aşağıdakı linqi yükləməklə tanış ola (oxuya) bilərsiniz.

Akif Musayev “Aksizlər (xüsusi istehlak vergisi)” kitabı (yüklə)