“Azərbaycan sənayesinin innovativ inkişafı”
- Oxunub 1653 dəfə
Professor Tərbiz Əliyevin Rusiyada monoqrafiyası nəşr edilmişdir
AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.e.d., professor Tərbiz Əliyevin Rusiyada “Azərbaycan sənayesinin innovativ inkişafı: neft emalı, kimya və neft-kimya” (Moskva-Berlin 2016, Palmarium Academic Publishing, 232 səh.) adlı kitabı çap olunmuşdur. Monoqrafiyada Azərbaycanın neft emalı, kimya və neft-kimya sənayesinin innovativ inkişafının müasir vəziyyəti və perspektivləri öz əksini tapmışdır. Kitab sənayedə innovasiya fəaliyyəti problemləri ilə məşğul olan mütəxəssislər, elmi işçilər, müəllimlər, doktorantlar və magistirlər üçün nəzərdə tutulmuşdur.
AMEA İqtisadiyyat İnstitutunun kollektivi professor Tərbiz Əliyevi “Azərbaycan sənayesinin innovativ inkişafı” adlı kitabının nəşr olunması münasibətilə ürəkdən təbrik edir, ona elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayır (economics.com.az).
Kitabın elektron variantı ilə aşağıdakı linqi yükləməklə tanış olmaq olar
Tərbiz Əliyev “Azərbaycan sənayesinin innovativ inkişafı: neft emalı, kimya və neft-kimya” (yüklə)