“Müstəqillik yollarında 25”
- Oxunub 1655 dəfə
Kitabda İqtisadiyyat İnstitutunun iki aliminin məqaləsi də yer alıb
AMEA tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr edilmiş “Müstəqillik yollarında 25” adlı məqalələr toplusu cap olunub (Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2016, 628 səh.). Kitab akademik Ramiz Mehdiyevin ümumi redaktorluğu ilə nəşr edilib. Topluda Azərbaycan Respublikasında dövlət müstəqilliyinin bərpa olunmasının 25 ili ərzində cəmiyyət həyatının əsas sahələri üzrə keçilmiş məsuliyyətli və şərəfli yoldan, əldə edilmiş mühüm nailiyyətlərdən bəhs olunur.
Kitab akademik Ramiz Mehdiyevin “Dövlət müstəqilliyi: Heydər Əliyev fenomeni və müasir dövr”, akademik Akif Əlizadənin “Zaman, müasir inkişaf və elm” adlı məqalələri ilə başlayır. Topluda AMEA İqtisadiyyat İnstitutunun iki aliminin - AMEA-nın müxbir üzvləri Şahbaz Muradovun “Demoqafik proseslər və məşğulluq problemlərinin həlli” və Əli Nuriyevin “İqtisadi böhrandan sabitliyə, islahatlara və inkişafa doğru” məqalələri də yer alıb (economics.com.az).