“Marketinq” dərs vəsaiti çapdan çıxıb
- Oxunub 1779 dəfə
Professor Tərbiz Əliyevin yeni kitabı rus dilində nəşr edilib
AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.e.d., professor Tərbiz Əliyevin “Marketinq” kitabı (dərs vəsaiti) kitabı rus dilində çap olunmuşdur (Bakı, 2016, -308 səh.). Kitab Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Elmi Şurasının qərarı ilə buraxılıb və Təhsil Nazirliyinin “Marketinq” fənni üzrə təsdiqlədiyi proqrama uyğundur. Nəşrin rəyçiləri prof. R.İsgəndərov və i.f.d. T.İmanovdur.
Dərslikdə marketinq fəaliyyətinin əsasən aşağıdakı aspektləri: əsas anlayışları, mahiyyəti, məzmunu və funksiyaları, onun idarə edilməsi, qiymət və qiymətlərin formalaşması, marketinq tədqiqatları, əmtəə siyasəti, reklam və satışın stimullaşdırılması, beynəlxalq marketinq və s. verilib.
Kitab ali məktəblərin iqtisadi yönümlü ixtisaslarında təhsil alan tələbələr, habelə bu sahədə dərs deyən müəllimlər üçün nəzərdə tutulmuşdur (economics.com.az).