Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycan Respublikasında fond bazarının formalaşması və inkişaf istiqamətləri”

  • Oxunub 2124 dəfə

 İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d. Yaşar Məmmədovun monoqrafiyası çapdan çıxıb

 AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, Yaşar Əzimağa oğlu Məmmədovun “Azərbaycan Respublikasında fond bazarının formalaşması və inkişaf istiqamətləri” adlı monoqrafiyası çapdan çıxıb (“Avropa” nəşriyyatı, Bakı 2016, - 162 səh.). Kitab AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarına əsasən nəşr edilib. Nəşrin elmi redaktoru i.f.d., dosent A.M.Mustafayev, rəyçiləri i.e.d., professor E.M.Hacızadə, i.e.d., professor H.B.Rüstəmbəyov və i.f.d. T.T.Qurbanovadır.

 Monoqrafiyada fond bazarlarının inkişaf tarixi və onların fəaliyyətini şərtləndirən səbəblər, bu bazarların fəaliyyət xüsusiyyətləri, təşkili və tənzimlənməsi məsələləri tədqiq olunur. Həmçinin, müasir Azərbaycan Respublikası üçün əhəmiyyət kəsb edən mühüm bir məsələ kimi bu sahədə beynəlxalq təcürbə həm müxtəlif aspektlərdən, həm də ayrı-ayrı ölkələrin təcürbəsi baxımından dəyərləndirilir. Tədqiqatda ümumilikdə Azərbaycanda maliyyə-fond bazarının inkişaf mərhələləri müxtəlif dövrlər baxımından da araşdırılır. Ölkədə fond bazarının müasir vəziyyəti, inkişaf xüsusiyyətləri, meyilləri və problemləri sistemli şəkildə təhlil olunaraq, qiymətləndirilir. Nəticə olaraq Azərbaycan Respublikasında fond bazarının inkişafı ilə bağlı təklif və tövsiyyələr irəli sürülür.

 Monoqrafiya maliyyə-fond bazarında, iqtisadi idarəetmə sistemində və onunla əlaqədar sahələrdə fəaliyyət göstərən mütəxəssislər, alim və tədqiqatçılar, bu sahədə ixtisas alan tələbələr üçün əhəmiyyət kəsb edir. Eyni zamanda, monoqrafiya Azərbaycan Respubilkasında maliyyə-fond, iqtisadi idarəetmə sisteminin hüquqi-normativ, metodoloji əsaslarının, tənzimləmə mexanizminin müasir tələblər baxımından təkmilləşdirilməsi sahəsində də istifadə oluna bilər (economics.com.az)

Y.Ə.Məmmədov “Azərbaycan Respublikasında fond bazarının formalaşması və inkişaf istiqamətləri” (yüklə)