Mərkəzi Elmi Kitabxanada yeni kitabların təqdimatı keçirilib
- Oxunub 1346 dəfə
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları da iştirak ediblər
Noyabrın 24-də AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) noyabr ayı ərzində MEK-ə təqdim olunan yeni nəşrlərin təqdimatı keçirilmişdir. Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova təqdimatı giriş sözü ilə açaraq, Mərkəzi Elmi Kitabxananın beynəlxalq kitab mübadiləsi baradə tədbir iştirakçılarını məlumatlandırdı. Təqdimatçı Fondların Formalaşdırılması bölməsinin əməkdaşı Sevil Əliyeva MEK-ə noyabr ayı ərzində daxil olan kitablar, elmi jurnallar və elektron resurslar barədə ətraflı məlumat verdi.
Təqdimatda Bakı Dövlət Universitetinin (BDU) müəllimi, f. e.d. Vaqif Sultanlı, AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, s.f.d. İmaş Hacıyev, BDU-nun müəllimi, əməkdar elm xadimi Şahlar Əsgərov, AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı, i.f.d. Yaşar Məmmədov, economics.com.az saytının baş redaktoru, i.f.d. Mahir Zeynalov, araşdırmaçı jurnalist Fuad Hüseynzadə və digərləri tədbirlə bağlı fikirlərini bölüşərək mədəniyyətimizin, tariximizin təbliğində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs etdilər. Sonda tədbir iştirakçıları sərgi ilə tanış olub, xatirə şəkli çəkdirdilər (economics.com.az).