“Neftqazçıxarma sənayesi müəssisələrində kontrollinq”
- Oxunub 1607 dəfə
Monoqrafiya sənaye müəssisələrinin idarə edilməsi prosesində kontrollinqin təşkili məsələlərinə həsr olunub
AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.e.d., professor Tərbiz Əliyevin və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, i.f.d. Toğrul Poluxovun birgə həmmüəllifliyi ilə “Neftqazçıxarma sənayesi müəssisələrində kontrollinq” kitabı çap olunmuşdur (Bakı, “Elm və təhsil”, 2016, -220 s.). Kitab Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən çapa tövsiyyə edilmişdir. Nəşrin elmi redaktoru professor T.N.Əliyev, rəyçiləri i.e.d., prof. M.C.Atakişiyev və i.e.d., prof. V.T.Novruzovdur.
Monoqrafiyada sənaye müəssisələrinin idarə edilməsi prosesində kontrollinqin təşkilinin nəzəri-metodoloji aspektləri – təkamülü, mahiyyəti, növləri, formalaşmasının texnologiyası, iqtisadi əhəmiyyəti şərh edilmiş, bu sahədə beynəlxalq təcrübə ümumilləşdirilmiş, ölkənin neftqazçıxarma sənaye müəssisələrində kontrollinq elementlərinin təşkilinin mövcud vəziyyəti, istehsalın səmərəliliyinə təsiri sistemli yanaşma əsasında təhlil olunub qiymətləndirilmiş, çoxsaylı ehtiyat imkanları aşkara çıxarılmış, onlardan səmərəli istifadə yollan göstərilmişdir. Habelə müəssisələrdə kontrollinq sisteminin yaradılması və tətbiqi alqoritmi, konsepsiyasının prinsipal sxemi verilmiş, onun tədqiq edilən sahənin idarəetmə səviyyələri formalaşdırılmasının və inkişafının zəruriliyi əsaslandırılmış, təşkilatı strukturları təklif edilmiş, kontrollinq xərclərinin idarə olunması üzrə kontrollinqin neftqazçıxarma sənayesi müəssisələrində xərclərin idarə olunması üzrə funksional - məqsədli modeli riyazi olaraq verilmişdir.
Monoqrafiya sənaye müəssisələrinin rəhbər işçiləri və mütəxəssisləri, elmi tədqiqat institutlarının işçiləri, ixtisasartırma institutlarının dinləyiciləri, ali məktəb tələbələri, doktorantlar və magistrantlar üçün nəzərdə tutulmuşdur (economics.com.az).