“Aqrar sahənin modernləşməsi və rəqabət qabiliyyətliliyinin təmin olunması problemləri”
- Oxunub 1676 dəfə
Yeni çap olunmuş kitabın müəllifləri professor İsa Alıyev və dosent İlkin Soltanlıdır
“Aqrar sahənin modernləşməsi və rəqabət qabiliyyətliliyinin təmin olunması problemləri” adlı yeni kitab çap olunub (Bakı, “Avropa” nəşriyyatı, 2017, - 428 s.). Kitabın müəllifləri AMEA İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsi”nin müdiri, i.e.d., professor İsa Alıyev və həmin şöbənin aparıcı elmi işçisi, i.f.d., dosent İlkin Soltanlıdır.
Nəşrin elmi redaktoru i.e.d., professor S.V.Salahov, rəyçiləri i.e.d., prof. R.Ə.Balayev və i.e.d., prof. A.A.Rüstəmovdur.
Kitabda yeni dövrün tələblərinə uyğun olaraq aqrar sahənin modernləşməsi istiqamətləri əsaslı şəkildə tədqiq edilmiş və müvafiq olaraq onun rəqabət qabiliyyətliliyinin səmərəli təmin olunması yolları göstərilmişdir. Kitab bu sahə ilə məşğul olan mütəxəssislər və tədqiqatçılar, həmçinin ali məktəb müəllimləri, doktorantlar, magistrlər və bütövlükdə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur (economics.com.az).