Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun “Turizm 2016” bülleteni çap edilib

  • Oxunub 1893 dəfə

 Elmi Şura tərəfindən daha üç bülleten çapa tövsiyə olunub

 AMEA İqtisadiyyat İnstitutu Elmi Şuranın qərarı ilə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən illik bülletenlərin buraxılışına başlayıb. Bu günlərdə elmi işçi Leyli Allahverdiyevanın müəllifliyi ilə “Turizm 2016” adlı ilk bülleten nəfis şəkildə çap olunub.

 Mayın 11-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasında daha üç bülleten çapa tövsiyə olunub. Bunlar i.e.d., professor Tərbiz Əliyevin hazırladığı “Kommunal xidmətlər 2016” və “Kimya sənayesi 2016”, i.f.d. Məzəddin Əyyubovun hazırladığı “Energetika kompleksi 2016” bülletenləridir. Bülletenlərin buraxılışı üzrə məsul şəxs i.f.d. M.Əyyubovdur (economics.com.az).

Leyli Allahverdiyeva, “Turizm 2016” bülleten (yüklə)