“İS(S)İ - 2015: İqtisadiyyatın liberallıq potensialı” monoqrafiyası rus dilində nəşr olunub
- Oxunub 1315 dəfə
AMEA İqtisadiyyat İnstitutunda aparılan son uğurlu tədqiqatlar əsasında hazırlanmış “İS(S)İ - 2015: İqtisadiyyatın liberallıq potensialı” adlı kollektiv monoqrafiya rus dilində (“ИЛ(П)Э потенциал либеральности экономики”) çap olunub (Bakı, “Elm və bilik nəşriyyatı”, 2017. - 263 səhifə). İnstitutun direktoru, professor Nazim Müzəffərlinin elmi redaktəsi ilə nəşr edilən kitab iqtisadiyyatın özünütənzimləmə mexamizmləri ilə dövlət tənzimləməsi arasında effektiv müvazinət axtarışına həsr edilib.
Bu yöndə tədqiqatlar AMEA İqtisadiyyat İnstitutunda 2014-cü ildən aparılır. Həmin araşdırmaların gedişində dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ölçülməsi üçün yeni metodologiya hazırlanıb və onun əsasında 62 ölkə üzrə müqayisəli qiymətləndirmələr aparılıb. Bu tədqiqatlar həm Azərbaycan iqtisadçılarının, həm də beynəlxalq ekspert icmasının ciddi marağına səbəb olub.
Kitaba dövlətin iqtisadiyyatı tənzimləməsi səviyyəsi üzrə 2016-cı ilin Hesabatı və Hesabatda əksini tapmış məsələlər üzrə İqtisadiyyat İnstitutunun əməkdaşlarının araşdırmaları daxil edilib. Müəlliflər ümid edirlər ki, kitabda ifadə edilmiş nəzəri tapıntılar və praktik tövsiyyələr iqtisadçılar, elmi ictimaiyyət və geniş profilli cəmiyyətşünas ekspertlər üçün maraqlı və faydalı olacaq.
Xatırladaq ki, kitabın Azərbaycan dilində olan ilk versiyasının bu il aprelin 27-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təqdimatı keçirilib (economics.com.az).
Kitabı aşağıdakı linki yükləməklə oxumaq olar