Professor İsa Alıyev: “Аqrаr sаhədə fаsiləsiz iqtisаdi аrtım təmin еdiləcək”
- Oxunub 1799 dəfə
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri: “Kənd təsərrüfatı məhsullarının istehsalının intensivləşdirilməsi məqsədilə dövlət tərəfindən genişmiqyaslı islahatlar həyata keçirilməkdədir”
Ölkədə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdəndir. Aqrar sahədə həyata keçirilən islahatlar bu sahədə məhsuldarlığın daha da artacağı, yerli istehsal və ixracın artması ilə bağlı böyük ümidlər yaradır. Mütəxəssislərimiz də bu gün aqrar sahədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirirlər. Müsahibimiz AMEA-nın İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor İsa Alıyevdir:
- Аqrаr sаhənin dаvаmlı inкişаfı – müаsir dövrdə ölкəmizdə həyаtа кеçirilən iqtisаdi islаhаtlаrın dönməzliyinin təmin оlunmаsındа, кəndin sоsiаl-iqtisаdi inкişаfının yüкsəldilməsində, istеhsаl və sоsiаl infrаstruкturun müаsir tələblərə uyğunlаşdırılmаsındа əhəmiyyətli аmil hеsаb оlunur. Bеlə inкişаf кənd təsərrüfаtı və оnunlа qаrşılıqlı əlаqədə оlаn sаhələrdə fаsiləsiz iqtisаdi аrtımın təmin еdilməsinə yönəldilmiş tədbirlərin məcmusunu özündə əкs еtdirir. Təhlillər göstərir кi, yеni iqtisаdi şərаitdə аqrаr sаhənin dаvаmlı və dаyаnıqlı inкişаfının təmin еdilməsi istеhsаl pоtеnsiаlındаn səmərəli istifаdə еdilməsi ilə bаğlı tədbirlərin səmərəliliyindən bilаvаsitə аsılıdır.
Ölкəmizdə аqrаr sаhədə həyаtа кеçirilən iqtisаdi siyаsətin ümumi strаtеgiyаsı bir çох qаnun və prоqrаmlаrdа, о cümlədən «Ərzаq Təhlüкəsizliyi Prоqrаmı», «Аzərbаycаn Rеspubliкаsı rеgiоnlаrının sоsiаl-iqtisаdi inкişаfı Dövlət Prоqrаmı (2004-2006-cı illər)», «Yохsulluğun аzаldılmаsı və iqtisаdi inкişаf üzrə Dövlət Prоqrаmı» кimi çохsаylı qаnunvеriciliк sənədlərində öz əкsini tаpıb. Ümumiyyətlə, 1995-2006-cı illərdə аqrаr sаhə ilə əlаqədаr 100-dən çох qаnun, fərmаn, sərəncаm, qərаr və digər hüquqi-nоrmаtiv sənədlər qəbul оlunub.
Kənd təsərrüfatı maddi istehsalın iri, çoxşaxəli sahələrindən biri olmaqla həm iqtisadiyyatın inkişafında, həm də əhalinin maddi rifahının yüksəldilməsində həlledici rol oynayır.
- Ölkə başçısı bildirib ki, ərzaq təhlükəsizliyi ən mühüm amillərdən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Məlum olduğu kimi, bütün dövlətlər əhalinin ərzaq məhsullarına ödənişqabliyyətli tələbinin müəyyən hissəsini idxal hesabına təmin etməli olurlar. Lakin ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas vasitəsi kimi idxalın həcminin artırılması qısamüddətli perspektivdə istehlak bazarında məhsul bolluğunun yaradılmasına, ərzağa fiziki çıxış səviyyəsinin yaxşılaşdırılmasına imkan versə də, idxaldan asılılıq uzunmüddətli perspektivdə yerli istehsalçıların rəqabətqabliyyətliliyinin itirilməsi və bazardan sıxışdırılıb çıxarılması, onların gəlirlilik səviyyəsi və təkrar istehsal imkanlarının məhdudlaşması və nəticə etibarı ilə yerli aqrar istehsalın tənəzzül etməsinə yol aça bilər. Qeyd edilən meyillərin qarşısının alınması məqsədilə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin əksəriyyəti öz milli ərzaq təhlükəsizliyinin təmin edilməsində ərzaqla maksimal özünütəminetmə konsepsiyasına əsaslanır və yerli ərzaq istehsalının rəqabətə davamlılığının təmin edilməsi, aqrar sahədə geniş təkrar istehsal üçün əlverişli iqtisadi şəraitin yaradılması, eləcə də kənd yerlərində sosial-iqtisadi infrastrukturun inkişaf etdirilməsi istiqamətində dövlət tənzimlənməsi tədbirlərindən geniş istifadə edir. Ərzaq təminatı sisteminin formalaşmasına dövlətin təsir mexanizmlərinin gücləndirilməsinin təzahürü kimi artıq 1980-ci illərin əvvəllərində ərzaqla özünütəminetmə səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmiş Aİ ölkələrinin təcrübəsini göstərmək olar. İnkişaf etmiş ölkələr arasında ərzaqla özünütəminetmə səviyyəsinə görə ən aşağı göstəriciyə Yaponiya malikdir ki, bu da, əsasən, ölkənin kənd təsərrüfatı üçün yararlı əkin sahələrinin məhdudluğu ilə izah olunur. Bununla belə, Yaponiya hökuməti ölkənin ərzaq məhsulları üzrə idxaldan asılılığının azaldılması istiqamətində aktiv proteksionist siyasət həyata keçirir. Nəticə etibarı ilə, ölkədə düyü istehsalının digər dövlətlərlə müqayisədə 7 dəfə baha başa gəlməsinə baxmayaraq, dövlət dəstəyi hesabına ölkə özünü bu məhsulla 100% səviyyəsində təmin edir. Son illər Azərbaycanda da kənd təsərrüfatı məhsullarının istehsalının intensivləşdirilməsi məqsədilə dövlət tərəfindən genişmiqyaslı islahatlar həyata keçirilməkdədir. Ərzaq təminatı sisteminin təşkili istiqamətində istehsal infrastrukturunun modernizasiyası, sahədə kooperasiya və inteqrasiya proseslərinin sürətləndirilməsi, rəqabətqabliyyətli iri təsərrüfatların yaradılması yolu ilə daxili ərzaq bazarında idxalın xüsusi çəkisinin azaldılması, ixrac potensialının genişləndirilməsi kimi strateji hədəflər qarşıya qoyulub və bu məqsədlə sahəyə dövlət dəstəyi artırılıb. “2002-2006-cı illərdə Azərbaycan Respublikasında aqrar sahənin inkişafı üzrə”, “2004-2008” və “2009-2013-cü illərdə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı üzrə”, eləcə də “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunması üzrə” Dövlət proqramlarına uyğun olaraq, kənd təsərrüfatının inkişafına yönəldilən maliyyə vəsaitlərinin həcmi artırılıb, aqrar istehsalçıların 2019-cu ilin sonunadək torpaq vergisi istisna olunmaqla, bütün vergi ödəmələrindən azad edilməsini nəzərdə tutan vergi güzəştləri tətbiq edilib, sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə lizinq münasibətləri təşkil edilib. Bu tədbirlərin həyata keçirilməsi ərzağa fiziki çıxış səviyyəsinin artırılması baxımından kənd təsərrüfatında bir sıra müsbət dəyişikliklərin baş verməsinə səbəb olub. Ümumi məhsul istehsalında artıma nail olunub, əkin sahələri genişləndirilib, ziyanla işləyən təsərrüfatların sayı azalıb. Belə ki, son on il ərzində aqrar sektorda ümumi məhsul istehsalı faktiki qiymətlərlə 2,7 dəfə artaraq 5,6 mlrd. manata çatıb ki, bunun da 45,8%-i bitkiçilik məhsullarının, 54,2%-i isə heyvandarlıq məhsullarının payına düşüb. Kənd təsərrüfatı bitkilərinin əkin sahələri 2006-cı illə müqayisədə 302,0 min hektar artaraq 2016-cı ildə 1628,3 min hektara çatıb. Son illər taxıl istehsalının artırılmasına dövlət tərəfindən xüsusi əhəmiyyət verildiyindən ümumilikdə əkin sahələrinin strukturunda bu bitkilərin xüsusi çəkisi daha yüksək olub.
- Bu gün dünya bazarlarında aktual mövzulardan biri də ekoloji təmiz məhsulların satışının təşkil olunmasıdır. Ölkəmizə bu sahədə hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirsiniz?
- Ərzaq təhlükəsizliyi problemi həmişə dünya alimlərinin, təşkilatların və dövlət orqanlarının diqqət mərkəzində olub, o cümlədən Azərbaycanda da bu məsələ çox aktualdır. Aqrar siyasət komitəsi üzvlərinin təşəbbüsü ilə hazırlanan və 2008-ci ilin iyun ayında qəbul edilmiş “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun ölkəmizdə kənd təsərrüfatının bu istiqamətdə inkişafına böyük hüquqi zəmin yaradıb. Ekoloji təmiz kənd təsərrüfatının tətbiqini zəruri edən amillərdən biri də keçən əsrin sonlarından başlayaraq əkinçilikdə genetik modifikasiya olunmuş orqanizmlərdən (GMO) istifadənin genişlənməsidir. Hazırda dünyada 130 milyon hektardan çox sahədə genetik modifikasiya edilmiş bitkilər, əsasən, soya, qarğıdalı, pambıq, kartof, raps, yonca, şəkər çuğunduru, pomidor və digər kənd təsərrüfatı bitkiləri əkilir ki, bunun da təxminən yarısı ABŞ-ın payına düşür. Bu bitkiləri yetişdirənlər onların yüksək məhsuldar və ucuz başa gəlməsini əsas götürərək bəyan edirdilər ki, dünyanı aclıqdan qurtaracaqlar. Lakin bu bitkilərlə əlaqədar aparılan monitorinqlər göstərib ki, ilk vaxtlar transgen bitkilərin əkilməsindən əldə olunan müsbət nəticələr praktikada uzun müddət tətbiq edildikdə özünü doğrultmur. GMO-lardan və onların məhsullarından istifadə bir çox Avropa ölkələrində, o cümlədən Polşa, Danimarka, İsveçrə və başqalarında qadağan edilib, bir çox ölkələrdə isə qanunvericiliklə ərzaq mallarının etiketi üzərində GMO və onun məhsullarından istifadə olunub-olunmaması haqqında məlumatın verilməsi tələbi qoyulub.
Azərbaycanda da GMO-lardan istifadə haqqında müəyyən məhdudiyyətlər qoyulması qanunvericilikdə öz əksini tapıb. Hələ 1997-ci ildə qəbul edilmiş “Toxumçuluq haqqında” Qanunun “Toxumların idxalı və ixracı” adlanan 27-ci maddəsində qeyd edilib ki, “gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının Azərbaycana idxalına icazə verilmir. 2008-ci ildə qəbul edilmiş “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanunun 6.0.5-ci maddəsində ekoloji təmiz kənd təsərrüfatına tələblərdən biri ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalında GMO orqanizmlər və onların törəmələrindən istifadə edilməsinin qadağan olunmasıdır. Ekoloji təmiz məhsullar tərkibində zərərli maddələrin miqdarı adi məhsullara nisbətən dəfələrlə az olan, normativlərə uyğun məhsullardır. Ekoloji təmiz məhsullar mineral gübrələr, pestisidlər və digər texnogen təsirlərin olmadığı təmiz sahələrdən alınır. Təbii xammaldan minimal kənar qatqıların təsiri ilə alınan məhsulları da ekoloji təmiz hesab etmək olar.
Aparılan müqayisəli araşdırmalara görə, ekoloji təmiz qida məhsullarının istehsalı imkanları baxımından Avstraliya, Argentina kimi ölkələr daha böyük potensiala malikdir. Ekoloji təmiz qida məhsulları istehsal edən təsərrüfatların sayı Asiya, Afrika və Latın Amerikası ölkələrində daha böyük sürətlə artır. Avropa ölkələrində ekoloji təmiz qida məhsullarının istehsalına və istehlakına daha çox fikir verirlər. Bütövlükdə dünya üzrə bu məhsulların istehlakı 2006-cı ildə 30 mlrd. dollar təşkil edib. Həmin ildə ekoloji təmiz qida məhsullarının istehlakının 70 faizi Şimali Amerikanın və Avropa ölkələrinin payına düşüb.
Yerli mütəxəssislərimizin bildirdiyinə görə, sözügedən ölkələrdə ekoloji təmiz qida məhsullarına tələb böyükdür və bu meyil gələcəkdə də saxlanılacaq. Ona görə də indiki şəraitdə ölkəmizin qida sənayesində fəaliyyət göstərən müəssisələrin ekoloji təmiz qida məhsulları istehsalına üstünlük vermələri və həmin məhsullarla beynəlxalq bazarlara çıxmaları onların istehsal-satış fəaliyyətlərini əhəmiyyətli dərəcədə genişləndirməyə gətirib çıxara bilər. Bunun üçün, əlbəttə, Azərbaycanın qida sənayesində fəaliyyət göstərən müəssisələr marketinq konsepsiyasının tətbiqi əsasında istehsal-satış fəaliyyətinin həyata keçirilməsinə diqqət yetirməli və marketinqin tətbiqi vasitəsilə beynəlxalq bazarlara çıxış sahəsində təcrübə qazanmalıdır.
Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməməli, emalında yalnız beynəlxalq və milli standartlarda icazə verilən təbii qida əlavələrindən istifadə olunmalı, sanitariya-gigiyena qaydalarına ciddi riayət edilməli, “torpaqdan süfrəyə” prinsipi əsas götürülməlidir. Bu yolla ərzaq istehsalında istifadə olunan xammalın, suyun, digər qatışıqların orqanizm üçün törədə biləcəyi potensial təhlükələr aradan qaldırılır və son nəticədə əldə olunan məhsulun zəmanətli satışına əminlik yaradır.
Bu məhsullar sertifikatlaşdırılmalı, təbii saxlama müddətinə malik olmalı, onların tərkibində pestisidlər, mineral gübrələr, antibiotiklər, boy hormonları, müxtəlif konservantlar, antioksidantlar, aromatizatorlar, stabilizatorlar, rənglər, tamvericilər və süni mənşəyə malik digər qatqılar olmamalıdır. Məhsul, əsasən, üç parametr – ekoloji təmiz xammal, ekoloji təmiz inqrediyentlər, ekoloji təmiz texnologiya əsasında istehsal edilməlidir. Malların ekoloji təmiz olduğu onların etiketlərində qeyd edilməlidir.
"Palitra" qəzeti,
10 yanvar 2018-ci il