AMEA İqtisadiyyat İnstitutunun youTube kanalı açılıb
- Oxunub 1089 dəfə
AMEA İqtisadiyyat İnstitutunun youTube kanalı açılıb və “AMEA İqtisadiyyat İnstitutu” adı ilə qeydiyyatdan keçib. Artıq burada institutun fəaliyyəti ilə bağlı videoların yerləşdirilməsinə başlanılıb. economics.com.az saytının əməkdaşları bu yaxınlarda aprelin 14-nün AMEA İqtisadiyyat İnstitutunda “İnstitut Günü” elan olunması münasibətilə İnstitutun bir qrup əməkdaşından qısa müsahibələr götürüblər, onlar youTube kanalında yerləşdiriləcəkdir.
İlk olaraq AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d., dosent Allahyar Muradovun müsahibəsini aşağıdakı linkdə təqdim edirik.
Allahyar Muradovun müsahibəsi (yüklə)