Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşı Bakı-Daşkənd videokörpüsündə iştirak edib

  • Oxunub 343 dəfə

 14 fevral 2023-cü il tarixində “Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumunun iştirakçılarının qarşısında duran cari vəzifələr mövzusunda Bakı-Daşkənd videokörpüsü keçirilmişdir.

 Özbəkistanın Bakıdakı səfirliyinin nümayəndələrinin də qatıldığı tədbirdə iki ölkənin politoloqları və iqtisadçıları iştirak ediblər. 23-24 fevral 2023-cü il tarixlərində Özbəkistanın paytaxtında keçiriləcək Forum ərəfəsində iki ölkənin ekspertlər Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın hazırkı səviyyəsini, o cümlədən iki ölkə arasında strateji əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər.

  Görüşdə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Emin Məmmədzadə də iştirak edib.

Tədbiri aşağıdakı linkdən izləyə bilərsiniz. 

https://disk.yandex.ru/d/cmryTByTEIM9uw?fbclid=IwAR0mzSIXJhcDzqkwo8OQKQPbCDfdqTXEaioc6xGPPvKYZbrOWNFqaKcWj8M