“Müstəqil Dövlətlər Birliyi gününün iqtisadi gündəmi”
- Oxunub 1371 dəfə
İnstitutun aparıcı elmi işçisi Emin Məmmədzadə ekspertlərin onlayn dairəvi masasında iştirak edib
AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d. Emin Məmmədzadə martın 14-də “Rosiya Seqodnya” beynalxalq multimedia mətbuat mərkəzi tərəfindən təşkil olunmuş “Müstəqil Dövlətlər Birliyi gününün iqtisadi gündəmi” adlı telekörpüdə Moskva - Astana – Bakı - Bişkək - İrəvan – Kişinyov - Minsk şəhərlərin ekspert-nümayəndələrinin onlayn dairəvi masasında iştirak etmişdir. Bu telekörpü bu ili martın 17-də Moskva şəhərində keçiriləcək MDB-in İqtisadi Şürasının iclasına və “MDB – Gələcəyə baxış” adlı iqtisadi foruma həsr edilmişdir. Telekörpü zamanı iqtisadi və sosial məsələlər, yeni və icrası gedən birgə layihələr, həmçinin qarşlıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri müzakirə predmeti olmuşdur (economics.com.az).
Tədbirin elektron (video) istinadı: