Aparıcı elmi işçi Sulduz Səlimovun impakt faktorlu jurnalda elmi məqaləsi dərc olunub
- Oxunub 1091 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “Maliyyə pul-kredit siyasəti” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Sulduz Səlimovun elmi məqaləsi İtaliyanın ”Europian Center of Sustanable Devolopment” mərkəzində dərc olunan impakt faktorlu “European Journal of Sustanable Development” jurnalında çap olunub. Məqalə “Azərbaycan Respublikasının davamlı inkişafı üzrə enerji göstəricilərinin iqtisadi aspektləri” adlanır (“Energy Indicators for Sustainable Development of Azerbaijan Republic - Economic Dimension”).
1987-ci ildə "Bizim ümumi gələcəyimiz" adlı Brundtland hesabatının yayılmasından başlayaraq, müxtəlif beynəlxalq və milli təşkilatlar davamlı inkişafın ölçülməsi və qiymətləndirilməsi üçün göstəricilər dəstini işləyib hazırlayırlar. Davamlı inkişaf üçün milli strategiya hazırlanarkən, BMT çərçivəsində hazırlanan ölkənin davamlı inkişafının enerji göstəriciləri nəzərə alınmalıdır. Azərbaycan iqtisadiyyatının dövlət səviyyəsində monitorinqinin aparılmasına imkan verən enerji göstəricilərinin seçilməsi zəruridir. Bu olmadan iqtisadi inkişaf səviyyəsinin real qiymətləndirilməsi mümkün deyildir. Məqalədə müəllif BMT-nin metodologiyası əsasında Azərbaycan Respublikasının davamlı inkişafı üçün ən vacib enerji göstəricilərinin iqtisadi aspektlərini ətraflı araşdırıb (economics.com.az).
Məqalə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz
“Energy Indicators for Sustainable Development of Azerbaijan Republic - Economic Dimension”