Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Ətraf mühit və insan sağlamlığı

  • Oxunub 2315 dəfə

 Azərbaycan Respublikasında son illərdə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirdiyi siyasətin nəti­cə­sin­də ölkəmiz sürətlə inkişafdadır və bu inkişaf bütün sahələri əhatə edir. XX əsrin sonu XXI əsr elmin nəzəri diqqətinin məhz insana yönəlməsi ilə istiqamətləndi. Odur ki, bütün canlıların yaşayı­şı üçün әn başlıca amillәrdәn biri әtraf mühitin әlverişli şәraitdә qorunub saxlanmasıdır. Bizә yaxşı mәlumdur ki, orqanizmin düşdüyü mühit gigiyenik tәlәblәrә uyğun olanda o, sağlam böyüyür vә inkişaf edir.

  Hazırda insanlar tәbiәti bir çox cәhәtdәn öz iradәlәrinә tabe etmişlәr. Belә ki, daşqınlar vә fәlakәtlәr gәtirәn iri çaylar üzәrində su elektrik stansiyaları tikәrәk onları cilovlamış vә bir sıra qor­­xu­lu yoluxucu xәstәliklәrin qarşısını almışlar. Müasir elmi-texniki inqilablar әsrindә tәbiәtin yeraltı vә yerüstü sәrvәtlәrindәn ötәn әsrlәrә nisbәtәn daha güclü istifadә olunur. Torpaq ehtiyatla­rından kәnd tәsәrrüfatında vә digәr istiqamәtlәrdә daha sәmәrәli istifadә edilmәsi üçün daim axtarışlar aparılır. Su ehtiyatlarına tәləbat o qәdәr artmışdır ki, hazırda iri şәhәrlәrin vә suvarılan әkin sahәlәrinin su ilә tәchizatı başlıca mәsәlәlәrdәn birinә çevrilmişdir.

Tәbiәtin әvәzedilmәz sәrvәti olan meşәlәr hәmişә olduğu kimi, bu gün dә güclü şәkildә istehlak olunur. Tәbiәtin mineral sәrvәtlәri isә güclü inkişaf etmiş sәnayemizin başlıca xammal an­ba­rıdır. 100 il bundan әvvәl neft istehsalı yeni inkişaf yoluna qәdәm qoyurdusa, hazırda dәnizlәrin dәrinliklәrindәn dә neft çıxarılır. İri sәnaye şәhәrlәrinin böyümәsi, sәnayenin durmadan inkişafı, yeni-yeii zavod vә fabriklәrin tikilib istifadәyә verilmәsi, mәdәn sәnayesinin inkişafı, avtomobil istehsalının çox güclü şәkildә artması, müasir kәnd tәsәrrüfatının sәnaye tәmәli üzәrinә keçiril­mәsi әtraf mühitin sәnaye tullantıları ilә çirklәnmәsinә sәbәb olur ki, bu da insanların yaşayışı üçün zәruri hesab edilәi gigiyena şәraitini istәr-istәmәz pozur.

Zәmanәmizdә bәşәriyyәti narahat edәn mühüm mәsәlәlәrdәn biri insanların sağlamlığını tә­min edәn әtraf mühitin mühafizәsidir. Bu, hәr şeydәn әvvәl, xalq tәsәrrüfatında maşın vә me­xa­nizm­lәrin daha çox tәtbiqi, yeni neft-qaz yataqlarının istifadәsi vә emal sәnayesinin, kimyanın çox sürәtli inkişafı, atom silahlarının yeni-yeni növlәrinin kәşfi vә sınaqlarının keçirilmәsi, in­san­ların özlərinin tәsiri ilә daha sıx vә qırılmaz surәtdә bağlıdır.

Bakı şəhərindəki 9-cu mikrorayon ərazisində, 3-cü mikro­rayondakı 377 nömrәli aptekin qarşısındakı yaşıllıqlarda da yanğın baş vermiş, ağacların bir qismi yanmış, bir qismi isә qurumuş­dur. Belә misalların sayını daha da artırmaq olar. Bizә elә gәlir ki, bu cür dözülmәz halların qar­şısını almaq üçün rayon sovetlәri, icraiyyә komitәlәri, Bakı şәhәr yaşıllıq tәsәrrüfatı idarәsi, inzi­bati orqanlar tәcili tәdbirlәr görmәlidirlәr. Aparılan yoxlamalar zamanı aydın olmuşdur ki, әla­qә­dar tәşkilatların bir sıra rәhbәrlәri işә mәsuliyyәtsiz yanaşır, yaşıllıqlara qulluq göstәrilmәsinә la­zı­mi nәzarәt etmirlər. Dözülmәz haldır ki, yaşıllıqlarda yanğınların bir çoxu hәtta milis mәn­tә­qәlәrinin yaxınlığında baş verir. Bundan başqa külli miqdarda vә böyük zəhmәt hesabına salınmış yaşıl­lıqlarda becәrmә işlәri lazımi sәviyyәdә aparılmır, әkilmiş körpә ağaclar suvarılmır, dibi bellәnmir. Әksәr hallarda yaşıl­lıqlarda tәmizlik yaratmaq mәqsәdi ilә sәliqә-sahman yaradanlar tul­lantıları kənara çıxarmaq, daşıyıb başqa yerә aparmaq әvәzinә elә yaşıllıqlarda, ağacların yanın­daca yandırırlar. Belә hәrәkәt etmәk isә düzgün deyil. Bütün tullantılar yaşıllıqdan kәnara çıxa­rıl­malı vә sonra müvafiq yerә daşınmalıdır.

Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf taktikası və strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin çıxışlarını nəzərə ala­raq, ölkədə hər il yeni ağacların əkilib becərilməsi artırılsın. Ona görə də, qısa müddәt әrzindә yaşıl­lıqların sahәsi xeyli artdı, yeni bağlar vә xiyabanlar yaradıldı. Hәmin yaşıllıqların bir çoxu hәt­ta idarә vә müәssisәlәrә tәhkim edildi. Lakin onların bәzilәri bu işә hәlә dә laqeyd münasibәt bәs­lәyirlәr. Xüsusilә, mәnzil-istismar sahәlәri onların әrazilərindәki yaşıllıqlara yüksәk sәviyyәdә qulluq göstәrmәyә borclu olduqları halda, bu işә başdansovdu yanaşır, şәhәrimizin gözәlliyini kor­layırlar.

Bakı şәhәr yaşıllaşdırma idarәsinin bu sahәdә vәzifәsi böyük, imkanları isә genişdir. Bir söz­lә, yaşıllıqlar şəhәrimizin vә onun hәr bir sakininin sәrvәtidir. Buna görә dә yaşıllıqlara qulluq vә qayğı hamılıqla göstərilmәli vә onun sahәsi artırılmalıdır. Yaşıl sәrvәti hәr birimiz göz bәbәyi ki­mi qorumalıyıq. Yaşıllıqları korlayanlar vә yandıranlar barәsindә isә daha ciddi tәdbirlәr gö­rül­mәlidir.

Mәhsuldar qüvvәlәrin inkişafının indiki miqyası vә sürәti әtraf mühitin mühafizәsi vә tәbii eh­tiyatlardan sәmәrәli istifadə edilmәsi ilә әlaqәdar mәsәlәlәrә münasibәtin dәyişdirilmәsini tәlәb edir. Bu böyük iqtisadi vә sosial әhәmiyyәtli vәzifәdir. Çünki söhbәt әslindә insanların cansağ­lı­ğın­dan vә ölkәnin milli sərvәt­lәrinә qayğı ilә, tәsәrrüfatçılıqla yanaşmaqdan gedir. Üstәlik, bunlar gәlәcәyә aid mәsәlәlәrdir. Gәlәcәk nәsillәrin hansı şәraitdә yaşayacaqları bu mәsəlәlәrin hәllindәn asılıdır.

Ümumdünya sәhiyyә qaunvericiliklәrindә sanitariya- epide­mioloji idarәlәrin bu sahәdә ça­lı­şan hәkim vә mütәxәssislәri üzәrinә daha böyük vәzifәlәr qoyulmuşdur. Belә ki, torpağın, ha­va­nın, sәth vә yeraltı suların, әrzaq mәhsullarının müxtәlif sәbәblәr üzündәn korlanaraq әtraf mü­­hiti çirklәndirmәsinә bir daha yol verilmә­mә­sinә xüsusi diqqәt yetirilmәlidir. Aparılan müşa­hi­dәlәr göstәrir ki, hәyat üçün zәruri olan bu mәsәlәnin hәllinә heç dә hәr yerdә duzgün әmәl edil­mir. Nəticәdə insanların sağlamlığı xüsusi tәhlükә altında qalır. Bunların da qarşısını almaq mәq­sәdilә, birinci növbәdә, iri sәnaye şәhәrlәrinin sanitariya- gigiyena vәziyyәtinin yaxşılaşdırıl­mas­ı­na xüsusi fikir verilmәlidir. Mәsәlәn, Azәrbaycan paytaxtında iri sәnaye müәssisәlәrinin suyu vә havanı çirklәndirmәsi tәәssüf doğurmaya bilmәz. Belә vәziyyәtә respublikamızın digәr iri sәnaye şә­hәr­lәri olan Gəncə, Sumqayıt, Şirvan, Yevlax, Mingəçevir vә hәmçinin rayon mәrkәzlәrindә dә rast gәlinir. Әn başlıca sәbәbi isә burada yerlәşәn müәssisәlәrin texniki qüsurlarla işlәmәsi, tәmiz­lәyici qurğularla tam tәmin olunmaması vә ona rәhbәrlik edən şәxslәrin mәsuliyyәtsizliyidir.

Respublikamızın paytaxtı Bakı şәhәrində vә s. sәnaye mәr­kәzlәrindә müәssisәlәrin baca­sından çıxan tüstülәr, avtomobil maşınlarının günü-gündәn artması nәticәsindә atmosferә daxil olan qazların havanı zәhәrlәmәsi külәksiz günlәrdә insanların tәnәf­füsünün çәtinlәşmәsinә gәtirib çı­xar­mışdır. Belә hava ilә nәfәs alınması, ümumiyyәtlә, gigiyenik cәhәtdәn düzgün deyildir.

4,5 milyon nәfәrdәn çox әhalisi olan Azәrbaycan paytaxtının Xәzәr dәnizinin sahilindә yer­lәşmәsi vә külәklәr şәhәri olması onun vә bakılıların xoşbәxtliyidir.

İri sәnaye şәhәrlәrindә avtomobillәrin sayının gündәn-günә artması narahatçılıq doğurmaya bilmәz. Hәr bir avtomobil zәhәrli qazlarla atmosferi nә qәdәr korlayır. Şәxsi avtomobillәr də bir tә­rəfdәn müәyyәn şәxslәrin tәlәbatını ödәyirsә, ikinci tәrәfdәn hamımızın nәfəs aldığımız havanı çirklәndirir.

Bәlkә də belә düşünmәyin vaxtı çoxdan çatmışdır ki, şәxsi avtomobillәrin artırılmasındansa, şәhәrlәrdә trolleybusların çoxal­dılması daha mәqsәdәuyğun olardı. Nәticәdә bütün әhali hәmin nәqliyyat növündәn rahatlıqla istifadә edәrdi vә әtraf mühitin havası da gigiyenik cәhәtdәn xeyli tә­mizlәnәr vә saflaşardı. Atmosfer havasının çirklәndirilmәsinin texnoloji səbәblәrindәn çox yazı­lır vә fikirlәr söylәnilir. Әsas mәsәlә burasındadır ki, bu hәlә dә bir tәhlükә olaraq qalmaq­dadır.

Müasir tibb elmi sübut edir ki, insanın sağlamlığı, birinci növbәdә, әtraf mühitin saflığından asılıdır. Bir sıra xәstәliklәrin törәnmәsini әtraf mühitin çirkli olması ilә izah edirlәr. Tәmiz hava­nın insan sağlamlığının әn başlıca amillәrindәn biri olması ideyasına hәlә klassiklərin vә ulu tә­bib­lәrin әsәrlәrindә dә rast gәlinir. Ulu tәbib vә mütәfəkkir Әbu Әli ibn Sina vaxtı ilә yazırdı ki, әn tә­miz hava bir çox xәstәliklәrin әn yaxşı dәrmanıdır vә hәr bir mәlhәmdәn çox-çox üstündür.

Böyük mütәfәkkirimiz N.Gәncәvinin dә yaradıcılığında әtraf mühitin gigiyenik cәhətdәn saf olması ideyası insan sağlamlığının әsas şәrti kimi qiymәtlәndirilmişdir. Dahi şair, mütәfәkkir vә alim N.Gәncәvi hәlә mikroskopun vә mikrobların kәşf olunmasından çox-çox әvvәl havada xәs­tәliklәr törәdәn sәbәblәr olduğunu duymuş və “İskəndərnamә” poemasında bu barәdә yazmışdır:

Әgәr sağlam olsa o hava əlbət,

Dәydiyi o şeyә vermәz xәsarәt,

Yox, әgәr olarsa havada zəhәr,

Dәydiyi o şeyi yәqin mәhv edər.

Böyük Azәrbaycan şairi Ә.Xaqaninin dә bu sahәdә çox qiymәtli fikirlәri vardır. Göründüyü kimi, bu gün dә insan sağlamlığının birinci vә әsas şərtlәrindәn hesab edilәn әtraf mühitin, havanın çirk­­lәnmәdәn qorunması bütün cәmiyyәti düşündürmәlidir. Әgәr sağlam yaşamaq istәyiriksә, hәr bir fәaliyyәtimizdә bu prinsipi gözlәmәli vә ona әmәl etmәliyik.

Atmosfer havasının saflığı naminә iri şәhәrlәrin yaşıllıq fondunun durmadan vә müntәzәm olaraq artırılmasına başlıca diqqәt verilmәlidir. Respublikamızın iri sәnaye şәhәrlәrindә bu sahәdә son illәr xeyli irәlilәyiş olmuş vә müsbәt nəticәlәr qazanılmışdır. Hazırda şәhәrlәrimizin yaşıllıq fon­dunun durmadan artması fәrәh doğurduğu halda ona gigiyenik cәhәtdən düzgün yanaşmamaq vә qayğı göstәrmәmәk tәәssüf doğurur.

Şәhәrlәrin yaşıllıqlarında bitki növlәrinin düzgün seçilib әkilmәsinә xüsusi diqqәt yetiril­mәlidir. Yaxşı olardı ki, bu sahәdә dә mütәxәssislәrin rәy vә tövsiyәlәri nәzәrә alınsın. Bәzәn küçә vә yol boyunca kütlәvi şәkildә tut ağacları әkilir. Nәticәdә isә küçәyә tökülәn “qara” tut gilәlәri sәkilәri çirklәndirir. Hәrәkәtә mane olur, milçәklәrin hәddindәn çox artmasına şәrait yaradır. Bü­tün bunlar da әtraf mühitin çirklәnmәsinә sәbәb olur. Sәnaye şәhәrlәrindә vә yaşayış mәrkәz­lә­rindә, xüsusilә, respublikamızın paytaxtı Bakıda vә onun әtraf sahәlәrindә rast gәlinәn tullantı yı­ğın­ları da başlıca antisanitariya mәnbәyidir. Müşahidәlәr göstәrir ki, şәhәrin bir çox mәhәllәlә­rin­dә zibil yığınları günlәrlә üstü açıq qaldığından vә vaxtlı-vaxtında daşınmadığından üfunәti bü­tün әtrafa yayılır, infeksiya yayan milçәklәrin vә s. çoxalmasına şәrait yaradır. Külәk başla­yan­da isә hәmin zibil tullantıları asanlıqla havaya sovrulub evlәrә dolur, çirkli hava adamların tә­nәffüsünü çәtinlәşdirir.

Buna görә dә insanların rahat yaşaması vә sağlamlığının mühafizәsi üçün tәsirli tәdbirlәr görülmәlidir. Azәrbaycan paytax­tının bir çox yerlәrindә zibil yeşiklәri açıq havada küçәlәrә qo­yulur, әhali isә tullantıları ora tökür. Bir dә görürsәn ki, külәk qalxdı, alәm qarışdı. Sonrası da ha­mımıza bәllidir. Ona görә hәmin zibil yığılan yeşiklәrin üstu örtülü yerlәrdә qoyulması vә vaxt­lı-vaxtında daşınıb şәhәrin kәnar yerlәrinә aparılması daha mәslәhәt­dir.

Yaxşı olar ki, tikinti işləri zamanı qazılan torpaqlar hamar­lansın, üstü örtülsün vә әrazi ya­rarlı hala salınsın. Mümkün vә münasib yerlәrdә yaşıllaşdırma işlәri aparılsın.

Azәrbaycan paytaxtının bu vә ya digәr hissәsindә aparılan yeni tikinti-quraşdırma işlәri müәyyәn sәbәblәr üzündәn uzun illәr davam edir. Bünövrә yerindәn qazılıb çıxarılan torpaq açıq sahәdә yığılıb qalır. Kanalizasiya tikintisi zamanı qazılan yerlәr bәzәn doldurulmur, bәzən dә ala-yarımçıq üstü örtülür. Tullantılar isә küçәnin qıraq-bucağında yığılıb qalır. Nәticәdә aram­sız әsәn külәk bu yerlәrin toz-torpağını havaya sovurub antisanitariya vәziyyәti yaradır.

Şәhәrdә su ehtiyatlarından düzgün vә sәmәrәli istifadә edilmәsi çox mühüm problemlәrdәn biridir. Şirin sudan qәnaәtlә istifadә edilmәsi vә çirkab sularının münasib yerlәrә axıdılması hә­mi­şә diqqәt mәrkәzindә olmalıdır. Burada da müvafiq qaydanın pozulması antisanitariya ilә nәti­cәlәnir. Belә ki, istifadә zamanı mәsuliyyәtsizlik üzündәn küçәlәrin, yaşayış binalarının, ictimai binaların zirzәmilәrinә su dolur, әtraf sahәlәrdә lazımsız gölmәçәlәr və qazılmış qobularda topla­nan su yığınları getdikcә infeksiya mәnbәyinә çevrilir. Hazırda şәhәrin bir çox yerlәrindә bu cür su yığınları bataqlıqlaşmış sahәlәr әmәlә gәtirmişdir. Neçә-neçә su quyusu vә çәn illәrlә istifadәsiz qalır. Bütün bunlar vә onların әtrafında toplanan zibil yığınları vaxtlı-vaxtında daşınmadığından üfunәt mәnbәyinә çevrilmәklә milçәklәrin, ağcaqanadların vә s. hәşәratların kütlәvi şәkildә art­ma­sına şәrait yaradır. Bunlarla yanaşı, adamların sağlamlığını tәmin edәn amillәrdәn biri dә kәnd tәsәrrüfatı mәhsullarından istifadәnin gigiyenik cәhәtdәn düzgün tәşkilidir. Әhali hәr gün bu mәhsullardan istifadә etmәklә öz zәruri tәlәbatlarını ödәyir. Әrzaq mәhsulları onun tәdarük olun­masından alıcılara çatdırılmasına qәdәr bir yol keçir. Bütün bunlara obyektiv vә düzgün nәzarәt әla­qәdar tәşkilatları çox ciddi düşündürmәlidir. Axı bu, әhalinin sağlamlığını tәmin edәn әsas amil­­­lәrdәn biridir.

DAĞISTAN YUSIFOV

AMEA İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru

"Elm" qəzeti, 19 mart 2018-ci il