Professor Nazim Müzəffərlinin və Bəhruz Əhmədovun Çində elmi məqaləsi nəşr olunub
- Oxunub 1315 dəfə
“Dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələri və iqtisadi artım” adlanan məqalə ilə 3 dildə tanış ola bilərsiniz
AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin və Azərbaycan Banklar Assosiasiyasının baş iqtisadçısı Bəhruz Əhmədovun Çində nəşr edilən, Spring bazasına daxil olan “Cina Finance and Economic Review” jurnalında (№1,2018) “Dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələri və iqtisadi artım” adlı məqaləsi dərc olunub. Məqalə ilə 3 dildə aşağıdakı linklərdə tanış ola bilərsiniz.
Redaksiyadan: Bir sıra əməkdaşlarımız xaricdə çap olunmuş məqalələrlə tanış ola bilməmələrindən gileylənirlər. Bunu nəzərə alaraq redaksiyamız Bəhruz Əhmədova müraciət edərək bu məqalənin Azərbaycan və rus dillərində variantlarını təqdim etməsini xahiş edib. Aşağıdakı linkdə məqalənin həmin variantları ilə də tanış olmaq mümkündür. B.Əhmədov qeyd etdi ki, məqalənin ingilis dilli variantı sonda hazırlandığına və redaksiya ilə danışıqların məhz bu variant üzərində nəzərə alındığına görə təqdim olunan 3 variant arasında kiçik fərqlər ola bilər. Lakin ümimi məzmun etibarı ilə onlar bir-birinə uyğundur (economics.com.az).
“Dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələri və iqtisadi artım”
“Влияние моделеобразующих форм государственного вмешательства в экономику на экономический рост”