Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Bakı Dövlət Universitetindən təbrik məktubu

  • Oxunub 979 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibəti ilə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun adından təbrik məktubu daxil olub. Məktubda deyilir:

Hörmətli Nazim müəllim!

 Sizi və rəhbərlik etdiyiniz kollektivi Azərbaycan Milli Elmlər Akademiyasının İqtisa­diyyat İnstitutunun 60 illik şərəfli yubileyi münasibətilə öz adımdan və Bakı Dövlət Universitetinin professor-müəllim, tələbə heyəti adından təbrik edir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.

 Azərbaycan Milli Elmlər Akademiyası sistemində özünəməxsus yer tutan və Azər­baycanda iqtisad elminin inkişafına böyük töhfələr vermiş İqtisadiyyat İnstitutu çox şərəfli bir tarixi inkişaf yolu keçmişdir. İqtisadiyyat İnstitutu əvvəllər SSRİ EA-nm Azərbaycan filialı nəzdində 1935-ci ildə təşkil edilmiş İqtisadiyyat və Coğrafiya sektorunun, 1945-ci il-dək isə Azərbaycan EA nəzdində fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsa­sında 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır. Dövlətimizin müstəqillik qazanması ilə yanaşı bazar iqtisadiyyatına keçid iqtisadiyyatımızın və iqtisad elminin inkişafı sahəsində də yeni mərhələnin başlanğıcı olmuş, habelə İqtisadiyyat İnstitu­tu qarşısında yeni dövrün tələblərinə uyğun vəzifələr qoymuşdur.

 Beləliklə, İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamə­tində uğurlu və sanballı elmi-tədqiqat işləri yerinə yetirmiş, peşəkar milli kadrların, iqtisadçı alimlərin yetişdirilməsində mühüm xidmətlər göstərmişdir. Bu gün möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda elmin inkişafı və iqtisadi potensialı intellekt kapitalına çevirmək istiqamətində görülən işlərdə bu institutun xidmətləri danılmaz­dır. Ümidvaram ki, hər bir Azərbaycan alimi müstəqilliyi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə gündən-günə möh­kəmlənən, böyük uğurlar əldə edən, iqtisadi inkişaf dinamikasına görə dünyanın aparıcı dövlətlərindən birinə çevrilən, beynəlxalq nüfuzu yüksələn, elmdə, təhsildə, idmanda, mə­dəniyyətdə möhtəşəm nailiyyətlərə imza atan ölkəmizin daha da çiçəklənməsinə bundan sonra da öz töhfəsini verəcəkdir.

 Hörmətli Nazim müəllim!

 Sizi və kollektivinizi bir daha təbrik edir, hamınıza can sağlığı, ailə xoşbəxtliyi və elmimizin daha da inkişafı naminə yeni uğurlar arzulayıram.

Akademik  Abel Məhərrəmov

18 oktyabr 2018-ci il