Odlar Yurdu Universitetindən təbrik məktubu
- Oxunub 1035 dəfə
AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibəti ilə Odlar Yurdu Universitetin rektoru, millət vəkili, professor Əhməd Vəliyevin adından təbrik məktubu daxil olub. Məktubda deyilir:
“Hörmətli Nazim müəllim!
AMEA İqtisadiyyat İnstitutunun yaranmasının 60 İllik yubileyi, həmçinin möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə iqtisad elminin inkişafında xidmətlərinizə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” almağınız münasibəti ilə Sizi Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və çoxsaylı tələbələri adından təbrik edirəm.
Tarixi ənənələrə malik İqtisadiyyat İnstitutunun həyat salnaməsinə nəzər salarkən keçilən yolun necə də keşməkeşli, işıqlı, şərəfli, sözün əsl mənasında fərəh hissi doğuracaq bir yol olduğunu görürük.
Siz istər elmi mühitdə, istərsə də ictimai-siyasi, sosial-iqtisadi sahədə yüksək səviyyəli bir alim, bir dövlət qulluqçusu kimi xüsusi hörmət və ehtirama layiqsiniz. Siz bir iqtisadçı alim olaraq həm nəzəri və həm də praktiki fəliyyətinizlə bu gün çoxsaylı dərslik, dərs vəsaiti, elmi monoqrafiyaların və məqalələrin müəllifi kimi gənc nəslin yetişməsində çox böyük xidmətləri olan bir ziyalısınız.
Hörmətli Nazim müəllim! Əminik ki, Sizə olan böyük etimadı doğruldaraq, bütün bilik və bacarığınızı bundan sonra da gənc iqtisadçı alimlərin yetişməsinə həsr edəcəkdiniz.
Bır daha rəhbərlik etdiyiniz elm ocağının 60 İllik yubileyi, həmçinin başda Siz olmaqla əməkdaşlarınızın möhtərəm Prezidentimiz tərəfindən yüksək ali təltiflərə layiq görülmələri münasibəti ilə Odlar Yurdu Universitetinin kollektivi adından səmimi qəlbdən təbrik edərək, sağlam həyat, xoş əhval-ruhiyyə, elmimizin, təhsilinizin bu günü və sabahı naminə uzun ömür, can sağlığı, ailə səadəti arzu edirik.
Hörmətlə,
professor Əhməd Vəliyev
***
AMEA Gəncə Bölməsinin əməkdaşları adından təbri məktubu
AMEA Gəncə Bölməsinin əməkdaşları adından akademik Fuad Əlieyevin adından təbrik məktubu daxil olub. Məktubda deyilir:
“Hörmətli Nazim müəllim!
Sizi və rəhbərlik etdiyiniz İnstitutun yaranmasının 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik. Ölkə Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramının həyata keçirilməsində sizin əməkdaşların əvəzsiz xidmətləri vardır. Bir daha sizi yubiley münasibətilə təbrik edir və ölkəmizin inkişafı naminə gördüyünüz işlərdə yeni nailiyyətlər arzu edirik.
Hörmətlə,
akademik Fuad Əliyev
***
Professor Ağarza Rüstəmovun da təbrik məktubu daxil olub. Məktubda deyilir:
“Hörmətli Nazim müəllim!
Müstəqil respublikamizın iqtisadi inkişafında böyük xidmətləri olan AME İqtisadiyyat İnstitutunun yaradılmasının 60 illik yubileyi münasibətilə sizi və kollektivinizin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir və ölkəmizin davamlı iqtisadi inkişafı naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
professor A.Rüstəmov