Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən təbrik məktubu

  • Oxunub 868 dəfə

 Hörmətli Nazim müəllim!

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi səmimi qəlbdən təbrik edir, iqtisad elminin inkişafı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

Azərbaycanda fundamental iqtisadi tədqiqatların aparılmasında əsas mərkəzə çevrilən və son illər ərzində bu mövqeyini daha da möhkəmləndirən İqtisadiyyat İnstitutu əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən milli iqtisadi siyasətin formalaşdırılmasına öz töhvəsini verməkdədir.

İqtisadiyyatın müxtəlif sahələrində elmi-tədqiqatların aparılmasına və onların nəticələrinin praktikada tətbiq olunmasına xüsusi önəm verən İqtisadiyyat İnstitutunda yerinə yetirilən işlər öz əhəmiyyəti ilə seçilir. Aidiyyəti dövlət qurumları, o cümlədən Dövlət Statistika Komitəsi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi İqtisadiyyat İnstitutunun elmi-tədqiqat işlərinin praktiki əhəmiyyətini daha da artırır. İnstitutda iqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji-ekonometrik problemlərinə, iqtisadi siyasətin nəzəri əsaslarına, beynəlxalq iqtisadi münasibətlərə, sahibkarlığın inkişafına, innovasiyalara və digər aktual məsələlərə dair kompleks araşdırmaların aparılması, ümumilikdə iqtisad elminin inkişafı üçün görülən işlər mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, ölkəmizdə peşəkar milli kadrların, iqtisadçı alimlərin yetişdirilməsində mühüm xidmətlər göstərməklə yanaşı, İqtisadiyyat İnstitutu Azərbaycan iqtisad elminin beynəlxalq səviyyədə tanıdılmasında da xüsusi fəallığı ilə seçilir.

Fürsətdən istifadə edərək yüksək dövlət mükafatları ilə təltif olunmağınız münasibətilə Sizi və əməkdaşlarınızı təbrik edirəm. İnanıram ki, 60 illik dövr ərzində qazanılmış uğurlar ölkəmizdə iqtisad elminin gələcəkdə daha yüksək səviyyədə inkişafına xidmət edəcəkdir.

 Tahir Budaqov

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri