İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibəti ilə təbrik məktubları
- Oxunub 1561 dəfə
AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibəti ilə təbrik məktubları daxil olub. Məktublarda deyilir:
***
Hörmətli Nazim müəllim!
Azərbaycan Milii Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibətilə Sizi və bütün kollektivinizi Azərbaycan Respublikasının Mərkəzi Bankı adından səmimi qəlbdən təbrik edirəm.
Artıq 60 illik tarixə imzasını atan, mötəbər və qocaman elm ocağı olan İqtisadiyyat İnstitutu ölkədə müasir iqtisadi təfəkkürün formalaşmasında, iqtisadçı alimlər nəslinin yetişməsində, bütövlükdə iqtisad elminin inkişafında böyük rol oynamışdır.
Əminəm ki, ölkəmizdə irəli sürülən yeni strateji inkişaf çağırışları kontekstində başçılıq etdiyiniz kollektiv fundamental, həmçinin empirik iqtisadi tədqiqatların həyata keçirilməsi və əlaqələndirilməsi, müasirləşən iqtisadiyyatımızın iqtisadçı alim və tədqiqatçılara tələbinin dolğun ödənilməsi işinə bundan sonra da öz layiqli töhfəsini verəcəkdir. Bu əlamətdar hadisə ilə bağlı Sizə və rəhbərlik etdiyiniz kollektivə ən xoş arzularımı yetirir, fəaliyyətinizdə bundan sonra da uğurlar diləyirəm.
Dərin hörmətlə,
Elman Rüstəmov, Mərkəzi Bankın sədri
***
Hörmətli Nazim müəllim!
Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun yaran-masının 60 illik yubileyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli elmi-pedaqoji fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
AMEA İqtisadiyyat İnstitutunun yarandığı gündən çətin, eyni zamanda şərəfli və zəngin tarixi inkişaf yolu keçmiş, Azərbaycanın sosial-iqtisadi inkişafına əvəzolunmaz dəyərli töhfələr vermiş, respublikamızda iqtisadi fikrin, bütövlükdə iqtisad elminin formalaşmasında və inkişafında, yüksək ixtisaslı elmi-pedaqoji kadr potensialının hazırlanmasında müstəsna xidmətlər göstərmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası sistemində özünəməxsus yeri olan iqtisadiyyat İnstitutu hər zaman olduğu kimi, bu gün də respublika¬mızın iqtisadi problemlərinin həllinə həsr olunmuş və müasir iqtisadi çağırışlara uyğun olan elmi-tədqiqat işlərini yerinə yetirməklə Azərbayca¬nın davamlı və dayanıqlı inkişafına, dövlətimizin iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsinə müstəsna töhfələr bəxş edir. Xüsusilə, İqtisadiyyat İnstitutunda son dövrlərdə həyata keçirilən islahatlar, aparılan sanballı elmi tədqiqatlar, struktur təkmilləşmələri, düzgün kadr siyasəti, eləcə də dünyanın aparıcı elmi mərkəzləri ilə qurulan sıx əməkdaşlıq ölkəmizdə biliklərə əsaslanan yeni iqtisadiyyat quruculuğunda mühüm rol oynayır.
Hörmətli Nazim müəllim!
Bir daha Sizi və rəhbərlik etdiyiniz kollektivi bu əlamətdar yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə sağlam uzun ömür, doğma Azərbaycanımızın iqtisadi tərəqqisi naminə apardığınız elmi-tədqiqat işlərinizdə və ictimai fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayıram.
Hörmətlə, prof. Şəmsəddin Hacıyev
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri
***
Hörmətli Nazim müəllim!
Sumqayıt Dövlət Universitetinin kollektivi adından və şəxsən öz adımdan Sizi və rəhbərlik etdiyiniz kollektivi Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat institutunun 60-illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm!
1958-ci ildən fəaliyyətə başlayan İqtisadiyyat İnstitutu şərəfli inkişaf yolu keçmiş, öz işini bütün dövrlərdə zamanın çağırışlarına cavab verə biləcək səviyyədə qurmuş, iqtisadi sahədə kadr hazırlığının həyata keçirilməsində fəal rol oynamış, öz elmi araşdırmaları ilə ölkəmizdə iqtisad elminin inkişafına, ölkənin intellektual potensialının möhkəmləndirilməsinə, dinamik iqtisadi inkişafın təmin edilməsinə dəyərli töhfələr vermişdir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində uğurlu və sanballı elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, peşəkar milli kadrların, iqtisadçı alimlərin yetişdirilməsi sahələrində İqtisadiyyat İnstitutunun mühüm xidmətləri vardır.
Hazırda 60 yaşlı İqtisadiyyat İnstitutunun əsas amalı öz inkişaf istiqamətlərini elmin beynəlxalq standartlarına uyğunlaşdırmaq və beynəlmiləlləşdirməkdir.
Hörmətli Nazim müəllim!
Sizi və rəhbərlik etdiyiniz kollektivi İnstitutun 60-illik yubileyi münasibətilə bir daha təbrik edir, hamınıza möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, işlərinizdə yeni-yeni uğurlar arzu edirik!
Hörmətlə,
prof. Elxan Hüseynov, Sumqayıt Dövlət Universitetinin rektoru
***
Hörmətli Nazim müəllim!
Sizi və rəhbərlik etdiyiniz kollektivi AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibətilə təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayırıq.
Həmçinin şəxsiniz başda olmaqla, iqtisad elminin inkişafındakı xidmətlərinə görə ölkə Prezidentinin 16 oktyabr 2018-ci il Sərəncamları ilə təltif olunan bütün iqtisadçı alimləri təbrik edir, elmi fəaliyyətiniz və elm təşkilatçlığı işinizdə davamlı uğurlar arzu edirik.
Zakir Nuriyev
Azərbaycan Banklar Assosiasiyasının Prezidenti
***
Hörmətli Nazim müəllim,
Fəaliyyətinin 60 illiyini qeyd edən Azərbaycan Milli Elmlər Akademiyası sistemində özünəməxsus yer tutmuş, şərəfli bir tarixi inkişaf yolu keçmiş və iqtisad elminin inkişafına böyük töhfələr vermiş Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitunu təbrik etmək mənim üçün, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri kimi, həqiqətən də böyük şərəfdir.
Fəaliyyət göstərdiyi 60 il ərzində İqtisadiyyat institutunda Azərbaycan iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində sanballı elmi tədqiqat işləri yerinə yetirilib, peşəkar milli kadrlar, iqtisadçı alimlər yetişdirilib. Bu gün də rəhbərlik etdiyiniz kollektiv üzərinə düşən vəzifələrin icrasında əzmkarlıq göstərməkdədir. Məhz buna görə də institutun statusu günü- gündən güclənərək, mühüm əhəmiyyətli bir quruma çevrilmişdir.
Son illərdə institut iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin sosial-iqtisadi inkişafa təsirinin kəmiyyətcə ölçülməsi metodologiyasını müəyyən edib və bu metodologiya əsasında tənzimlənmənin nəticələrini qiymətləndirməyə imkan verən iqtisadiyyatın solluq (sağlıq) - İS (S)İ indeksi hesablanmışdır. Bu metodologiya və indeks dünya ölkələrində həyata keçirilən iqtisadi islahatların nəticələrini təhlil etməyə, qiymətləndirməyə, müqayisə aparmağa və proqnozlaşdırmağa imkan verir. AMEA İqtisadiyyat İnstitutu Azərbaycanda bu 60 il ərzində yorulmadan çalışmış və iqtisad elminin inkişafına böyük töhfələr vermişdir.
Azərbaycanın müstəqillik qazanması ilə yanaşı, bazar iqtisadiyyatına keçid ölkəmizin iqtisadiyyatının və iqtisad elminin inkişafı sahəsində də yeni mərhələnin başlanğıcı olub, eləcə də İqtisadiyyat İnstitutu qarşısında yeni dövrün tələblərinə uyğun vəzifələr qoyub. Son illər ərzində institutda 1637-dən çox monoqrafiya, məqalələr məcmuəsi və kitab, elmi məqalələr nəşr edilib. Bütün bu apardığınız işlər təqdirəlayiqdir.
AMEA İqsadiyyat İnstitutunun rəhbərinin tərz və idarə üsullarını yüksək peşəkarlıq, tələbkarlıq və xeyirxahlıq, daimi özünütəkmilləşdirmə və fədakarlıq səciyyələndirir. Azərbaycan Respublikasının Auditorlar Palatası və AMEA İqtisadiyyat İnstitutu öz vəzifə səlahiyyətlərinə uyğun olaraq sıx əməkdaşlıq edir. Biz bu əməkdaşlığın gələcəkdə də genişləndirilməsi istiqamətində ölkəmizin inkişafı naminə birgə səylərimizi davam etdirəcəyik.
Biz əminik ki, Sizin şəxsi fəal həyat mövqeyiniz, peşəkarlığınız, yorulmazlığınız, bu illər ərzində nail olduğunuz nəticələr, qüsursuz işgüzar adınız, nail olduğunuzla qane olmamaq qabiliyyətiniz gələcəkdə də Azərbaycan Respublikasının iqtisadiyyat elminin inkişafı, gücləndirilməsi və tərəqqisinə xidmət edəcək və Sizin yüksək təcrübəniz, kollektivinizdə işin yüksək təşkili öz real bəhrəsini verəcək!
Bir daha Sizi təbrik edir, bu təntənəli gündə biz İnstitutun üzvlərinə bütün nəzərdə tutulmuş planlarının həyata keçirilməsi üçün tükənməz enerji, yaradıcı ilham, inkişaf və yalnız irəli hərəkət etməyi arzulayırıq!
Vahid NOVRUZOV
Azərbaycan Respulikası Auditorlar Palatasının Sədri
İqtisad elmləri doktoru, professor
***
Hörmətli Nazim müəllim!
Sizi və rəhbərlik etdiyiniz kollektivi Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun yaranmasının 60 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu çox şərəfli tarixi inkişaf yolu keçmiş və müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan Azərbaycanın milli iqtisadiyyatının inkişafında uğurlu elmi-tədqiqat işləri ortaya qoymuşdur. Bu dövr ərzində institut peşəkar milli kadrların, o cümlədən iqtisadçı alimlərin yetişməsində də müstəsna xidmətlər göstərmişdir.
Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rolu olan bu elm ocağının yaranmasından 60 il keçir. Bu münasibətlə Sizi və rəhbərlik etdiyiniz İqtisadiyyat İnstitutunun əməkdaşlarını bir daha öz adımdan və Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi adından təbrik edirəm, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!
Hörmətlə,
prof. Ə.C.Muradov
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
***
Hörmətli Nazim müəllim!
Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibətilə Sizi Azərbaycan Kooperasiya Universitetinin professor-müəllim heyəti və tələbələri adından ürəkdən təbrik edir, əməksevər kollektivinizə yeni-yeni elmi nəaliyyətlər arzulayıram.
Azərbaycan Milli Elmlər Akademiyası sistemində özünəməxsus yer tutan və ölkəmizdə iqtisad elminin inkişafına böyük töhvələr vermiş İqtisadiyyat İnstitutu 1958-ci ildə yaradılmış və çox şərəfli inkişaf yolu keçmişdir. Müstəqillik illərində sizin İnstitut Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində dəyərli və sanballı elmi-tədqiqat işləri yerinə yetirmiş, peşəkar milli kadrların, gənc iqtisadçı alimlərin yetişdirilməsində mühüm xidmətlər göstərmişdir.
Ulu öndər Heydər Əliyevin iqtisadi tərəqqimizlə bağlı tövsiyyələrini əlində rəhbər tutan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sahə ilə bağlı tapşırıqlarını layiqincə yerinə yetirən elm ocağınızda bu gün 176 nəfər əməkdaş, o cümlədən 3 nəfər AMEA-nın müxbir üzvü, 20 nəfər elmlər doktoru və 48 nəfər iqtisad üzrə fəlsəfə doktoru fəaliyyət göstərir. Bütün bu şərəfli tarix kollektivinizin uğurlu göstəricisidir və siz təkcə Azərbaycan üçün deyil, bir çox digər dövlətlər üçün də yüksək ixtisaslı kadrların hazrlanmasına öz tövhənizi verirsiniz.
Hörmətli Nazim müəllim, bir daha 60 illik yubileyinizi təbrik edir, Sizə və rəhbərlik etdiyiniz kollektivə möhkəm can sağlığı, yeni-yeni nailiyyətlər və Azərbaycan dövlətinin gələcək inkişafı naminə yaradıcılıq uğurları arzulayıram.
Hörmətlə,
prof., E.A.Quliyev, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin Aqrar Siyasət Komitəsi Sədrinin müavini, iqtisad elmləri doktoru
***
Hörmətli Nazim müəllim,
Sizi və Sizin şəxsinizdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun kollektivini İnstitutun 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm.
AMEA İqtisadiyyat İnstitutu yarandığı dövrdən yalnız Akademiyanın deyil, həm də ölkənin aparıcı elm ocağı kimi milli iqtisadiyyatın, iqtisadi inkişaf problemlərinin tədqiqi sahəsində mühüm tədqiqat və təhlil mərkəzi olmuşdur.
Müstəqilliyimizin bərpasından sonra AMEA İqtisadiyyat İnstitutu müstəqil milli iqtisadiyyatımızın formalaşdırılmasında və inkişafında mühüm xidmətlər göstərmiş, uğurlu və sanballı elmi-tədqiqat işləri aparılmışdır. İnstitut bu missiyanı bu gün də uğurla yerinə yetirir. İqtisadiyyat İnstitutu iqtisadi siyasət və iqtisadiyyatın dövlət tənzimlənməsi, sosial-iqtisadi problemlərin tədqiqi, makroiqtisadi və regional inkişaf problemlərinin tədqiqi və təhlilinə yönəlmiş fəaliyyəti ilə dövlətin iqtisadi siyasətinin formalaşmasına mühüm töhfələr verir.
İnstitutda bu illər ərzində minlərlə peşəkar milli kadrlar, iqtisadçı alimlər yetişdirilmiş, monoqrafiya və kitab nəşr edilmişdir.
Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan elm adamlarının dövlət qurumlarında yüksək vəzifələrə təyin olunması və ölkənin ali mükafatları ilə təltif olunması da Azərbaycan Milli Elmlər Akademiyası və onun elmi strukturlarının fəaliyyətinə, kollektivinə göstərilən etimad kimi qəbul olunmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan elminə və elm adamlarına diqqət və qayğısı daim hiss olunub. Cari ilin aprel ayında Möhtərəm Prezidentin Sərəncamı ilə cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd ediləcək.
Hörmətli Nazim müəllim,
Sizi və kollektivinizi özünün yeni inkişaf dövrünü yaşayan Azərbaycanın Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibəti ilə bir daha ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, xoşbəxtlik, şərəfli işinizdə yeni-yeni nailiyyətlər, kollektivinizə və ölkəmizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Dərin hörmətlə,
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri