AMEA İqtisadiyyat İnstitutunun əməkdaşının məqaləsi Almaniyada nəşr olunub
- Oxunub 1146 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsininelmi işçisi Təbriz Yadigarovun 2018-ci il dekabrın 27-də tarixində Almaniyanın Nürünberq şəhərində keçirilmiş beynəlxalq elmi konfransın materiallarında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi Zeynal Ağazadə ilə birlikdə “Kiçik sahibkarlığa təsir edən amillərin qiymətləndirilməsi” mövzusunda elmi məqaləsi dərc edilmişdir.
Məqalədə Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən sahibkarlar üçün subsidiyaların verilməsi və onun həcminin artırılması, “Aqrolizinq” ASC vasitəsi ilə güzəştli şərtlərlə kənd təsərrüfatı texnikası və avadanlıqların uzun müddətli lizinqi kimi məsələlərdən bəhs olunur. Habelə toxum, mineral gübrələr, texnika ilə təminat, torpaq vergisi istisna olmaqla, ƏDV, mənfəət və əmlak vergilərindən azadetmə kimi islahatların sahibkarlıq subyektlərinə investisiya cəlb ediciliyini artıraraq yeni iş yerlərinin açılmasına təsiri, iqtisadi artımın stimullaşdırılmasına şərait yaratdığı göstərilmişdir.
Məqalədə Eviews proqram paketinin tətbiqi ilə Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcminin, əmək məhsuldarlığının, yaradılmış əlavə dəyərin, orta aylıq nominal əmək haqqının və ölkə üzrə infilyasiyanın səviyyəsinin kiçik sahibkarlıq subyektlərinin dövriyyəsinə təsirləri ekonometrik metodla qiymətləndirilmişdir.
Elmi məqalə ilə jurnalın 125-ci səhifəsində, iqtisadiyyatda riyazi metodlar bölməsində aşağıdakı fayldan tanış olmaq olar.
“Kiçik sahibkarlığa təsir edən amillərin qiymətləndirilməsi”