Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun aliminin elmi araşdırması Asiya İnkişaf Bankının hesabatına daxil edilib

  • Oxunub 941 dəfə

 Asiya İnkişaf Bankı «Mərkəzi Asiyada və Cənubi Qafqazda inklyuziv inkişaf üçün yaxşı iş yerləri» (Good Jobs for Inclusive Growth in Central Asia and the South Caucasus: Regional Report) mövzusunda regional hesabat dərc edib. 

 Bu tədqiqatda, Mərkəzi Asiyada və Cənubi Qafqazda inklyuziv artımın perspektivləri araşdırılır və yaxşı iş yerlərinin yaradılmasının oynadığı mərkəzi rol qeyd edilir. Habelə regionda olan iqtisadi göstəricilər araşdırılır və 2030-cu ilə qədər olan dövr üçün perspektivlər müzakirə edilir, yaxşı iş yerlərinin yaradılması və hərtərəfli inkişaf üçün struktur islahatlarının qəbul edilməsi ilə əlaqəli iki artım ssenarisi tətbiq edilir.

 Bu tədqiqat çərçivəsində, AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Efendiyev, aşağıdakı mövzular üzrə iki tematik məlumat materialları hazırlamışdır: «Mərkəzi və Qərbi Asiyada gender və məşğulluq» və «Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində məşğulluğun və peşəkar strukturların təkamülü» (prof. Dankan Kempbell ilə birgə). Həmin materiallar göstərilən hesabata daxil olunmuşdur.

Hesabatla aşağıdakı linklərdə tanış olmaq mümkündür.

Hesabat  haqqında məlumat (İngilis dilində)

Tam hesabat (İngilis dilində)