Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Kənd təsərrüfatının siyahıya alınması”

  • Oxunub 1421 dəfə

    Dövlət Statistika Komitəsində keçirilən seminarda AMEA İqtisadiyyat İnstitutu da təmsil olunub

   2015-ci il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planının icrası ilə əlaqədar olaraq 29 may 2015-ci il tarixində Dövlət Statistika Komitəsinin inzibati binasında Komitənin kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin təşkilatçılığı ilə “Kənd təsərrüfatının siyahıya alınması” mövzusunda seminar keçirilmişdir. Seminarda Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, AMEA İqtisadiyyat İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin mütəxəssisləri iştirak etmişlər.   

  Seminarda ümumi kənd təsərrüfatı siyahıya alınması barədə geniş məlumat verilmişdir. Bu baxımdan, qeyd olunan tədbirin keçirilməsi zərurəti, müxtəlif dünya ölkələrində bu sahədə toplanmış beynəlxalq təcrübə, 2005-ci ildə keçirilmiş sonuncu kənd təsərrüfatı siyahıya almasının təcrübəsi, qarşıda duran siyahıyaalma ilə bağlı görülmüş işlər, siyahıyaalmanın proqram təminatı, siyahıya alınacaq respondentlər - təsərrüfatlar və müəssisələr barədə, 1 və 2 nömrəli siyahıyaalma vərəqələrinin məzmunu və əhatəliliyi, siyahıyaalmada iştirak edəcək işçi qrupları və onların üzərinə düşən öhdəliklər, həmçinin siyahıyaalmanın yekunları ilə bağlı görülməsi nəzərdə tutulan tədbirlər barədə geniş diskussiya aparılmışdır.

   Qeyd edək ki, bu tədbirdə İnstitutumuzu “Aqrar islahatlar və ərzaq problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlı təmsil etmişdir (economics.com.az)