“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni nömrəsi
- Oxunub 823 dəfə
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının 2020-ci il üçün birinci nömrəsi oxuculara təqdim olunub. Jurnaldakı bütün elmi məqalələrin elektron variantı İqtisadiyyat İnstitutunun internet saytında – economics.com.az - da yerləşdirilib. Məqalələri saytdan yükləməklə oxumaq mümkündür.
Jurnalın bu sayında 17-si Azərbaycan, 1-i rus dilində olmaqla 18 elmi məqalə dərc olunub. Məqalələr makroiqtisadi tarazlıq modellərinin müqayisəli təhlili, məşğulluq – iqtisadi təhlükəsizliyin əsas komponentlərindən biri kimi, şəbəkə hazırlığı indeksi: müəssisələrin vergi yükünün iqtisadi göstəricilərə təsiri, İKT sektorunun müasir vəziyyətinin təhlili və onun post koronavirus pandemiyasi dövrü üçün perspektiv inkişaf istiqamətləri, innovasiya sahibkarlığı və onun qiymətləndirilməsinə sistemli yanaşma, peşə təhsili və təliminin məşğulluğa təsirinin qiymətləndirilməsi, struktur islahatları və vergi inzibatçılığının təkmilləşdirilməsi və s. kimi bir sıra aktual məsələləri əhatə edir.
Xatırladaq ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir.
Qeyd edək ki, mart ayında “AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalının 2019-cu il 6-cı sayı, habelə İnstitutun daha bir elmi jurnalı olan “Elmi əsərlər” toplusunun da 2019-cu il 6-cı sayı da oxuculara təqdim olunub, bütün elmi məqalələrin elektron variantı İqtisadiyyat İnstitutunun internet saytında – economics.com.az - da yerləşdirilib (economics.com.az).