Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun alimlərinin məqaləsi “Audit” jurnalında çap olunub

  • Oxunub 972 dəfə

 Bakı Biznes Universitetinin “Audit” elmi-praktik jurnalının ikinci xüsusi sayı nəşr edilmişdir. Azərbaycanda və xarici ölkələrdə yayılmaq üçün nəzərdə tutulan jurnalın bu sayı ingils dilində olmaqla yanaşı, xarici alimlərin də məqalələri yer alıb. Jurnalda AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları - AMEA-nın müxbir üzvü, i.e.d., prof. Akif Musayevin, i.f.d., dos. Yaşar Məmmədovun və elmi işçi Mirvari Qəzənfərlinin “Vergi yükünün inzibatçılıq və əməl etmə komponentlərinə görə qiymətləndirilməsi” (“Evaluation of the tax burden according to its administrative and fulfillment components”) adlı məqaləsi də nəşr edilmişdir. Məqalələrlə aşağıdakı linkdə tanış olmaq mümkündür.

“Audit” elmi-praktik jurnalı (2020-2)