“Gənc tədqiqatçı” jurnalı
- Oxunub 1767 dəfə
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis etdiyi “Gənc tədqiqatçı” elmi-praktikı jurnalının 2015-1 sayı capdan çıxıb.
Qeyd edək ki, jurnalın Məsləhət Şurasının sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, redaktoru isə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.f.d. Famin Salmanovdur.
Jurnalın bu sayında fizika-riyaziyyat, yer elmləri, kimya elmləri, humanitar və içtimai elmlər, biologiya və tibb elmləri, aqrar elmlər bölmələri üzrə gənc alim və tədqiqatçıların elmi məqalələri (Azərbaycan, rus və ingilis dillərində) dərc olunub. Jurnalda AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, dosent A.M.Əsədovun “Davamlı inkişaf şəraitində nəqliyyat sisteminin başlıca vəzifələri” mövzusunda məqaləsi də çap edilmişdir (economics.com.az).