İqtisadiyyat İnstitutunun böyük elmi işçisi Təbriz Yadigarov beynəlxalq elmi-praktiki konfranslarda iştirak etmişdir
- Oxunub 1557 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Təbriz Yadigarov 2020-ci ildə Rusiya, İngiltərə və Kanadada onlayn qaydada keçirilən beynəlxalq elmi-praktiki konfranslarda iştirak etmişdir. Konfrans materialları onun digər həmkarları ilə birgə həmmüəllifliyi ilə dərc edilmişdir.
T.A.Yadigarovun müəllifliyi ilə 13-15 may 2020-ci il tarixində Kanadada “Dünya elminin inkişaf dinamikası” (International scientific and practical conference “Dynamics of the development of world science”) IХ beynəlxalq elmi-praktik konfransda "COVİD-19 pandemiyası dövründə Azərbaycanda milli gəlir bölgüsünün makroiqtisadi təsirlərinin ekonometrik qiymətləndirilməsi" (Econometric assessment of macroeconomic effects of national income distrubition in Azerbaijan during the COVİD-19 pandemic) mözusunda dərc olunmuş məqalədə milli gəlirin bölgüsündə qeyri-bərabərliyə təsir edən amillər, həmçinin gəlirlərin qeyri-bərabərliyini xarakterizə edən göstəricilər üzrə Cini, Theil və Atkinson indekslərinin hesablanma metodikası şərh edilmiş, statistik məlumatlar əsasında EViews proqram paketinin tətbiqi ilə Azərbaycan Respublikasında dövlət büdcəsi xərclərinin, Cini, Theil və Atkinson indekslərinin ÜDM-yə ekonometrik təsiri qiymətləndirilmiş və 2025-ci ilədək onların proqnoz qiymətləri müəyyən edilmişdir. Məqalənin materialları ilə https://sci-conf.com.ua/wp-content/uploads/2020/05/DYNAMICS-OF-THE-DEVELOPMENT-OF-WORLD-SCIENCE_13-15.05.20.pdf saytının 237-247-ci səhifələrində tanış olmaq olar.
T.A.Yadigarovun müəllifliyi ilə “İlkin məlumatların qeyri-müəyyənliyi şəraitində dəniz nəqliyyatında planlaşdırmanın optimallaşdırılması” mövzusunda iqtisadiyyatın riyazi və instrumental metodları bölməsi üzrə 15.01.2020-ci il tarixində Rusiyada keçirilən XIV beynəlxalq elmi-praktiki konfransda (XIV Международная научно-практическая конференция.ПРОРЫВНЫЕ ЭКОНОМИЧЕСКИЕ РЕФОРМЫ В УСЛОВИЯХ РИСКА И НЕОПРЕДЕЛЕННОСТИ) dərc edilmiş elmi məqalədə parametrik xətti proqramlaşdırmanın tətbiqi ilə qeyri-müəyyənlik şəraitində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin iki daşıma marşrutu üzrə üç ədəd gəmisində istismar xərclərinin optimallaşdırılması məsələləri konkret statistik rəqəmlər əsasında araşdırılmış, gəmilərin məhsuldarlığı nəzərə alınmaqla, marşrutlar üzrə gündəlik istismar xərclərinin dəyişməsinə uyğun olaraq qəbul edilmiş optimal planlaşdırma ssenarisinin davamlılığı iqtisadi və riyazi modelləşdirmə ilə qiymətləndirilmişdir. Məqalənin materialları ilə https://aeterna-ufa.ru/sbornik/NK-EC-119.pdf saytının 95-110-cu səhifələrindən tanış olmaq olar.
T.A.Yadigarovun müəllifliyi ilə “Koronovirus pandemiyasının (COVİD-19) dünya əmtəə ticarətinə və dəniz nəqliyyatına təsirinin ekonometrik qiymətləndirilməsi” mövzusunda 25.04.2020-ci il tarixində Rusiyada keçirilən IV beynəlxalq elmi-praktiki konfrans materialarında dərc edilmiş məqaləsində koronavirus pandemiyasının (COVİD-19) dünya əmtəə ticarətinə və beynəlxalq daşımaçılıq üzrə dəniz nəqliyyatının fəaliyyətinə təsiri ekonometrik qiymətləndirilmişdiir.
T.A.Yadigarovun ARDGKA-nın tələbələri G.E. İbrahimova və M.H. Hacıyev, AMEA iqtisadiyyat İnstitutunun doktorantı Q. A.Nacafzade ilə birlikdə19-21 iyul 2020-ci il tarixində Almaniyanın Münhen şəhərində keçirilən “Müasir elmi araşdırma” (“Actual trends of modern scientific research”) I Beynəlxalq elmi və praktik konfrans materiallarında “EViews proqram paketinn tətbiqi ilə Azərbaycan İqtisadiyyatında pul aqreqatlarının iqtisadi atıma təsirinin ekonometrik qiymətləndirilməsi” (Econometric assessment of the impact of money aggregates on economic recovery in the Azerbaijani economy using the EViews software package) mözusunda elmi məqaləsi dərc olunmuşdur. Məqalədə Evievs proqram paketinin tətbiqi ilə geniş pul kütləsinə daxil olan pul aqreqatları üzrə banklardan kənar nağd pul vəsaitlərinin, manatla təlb edilən depozitlərin, manatla müddətli depozitlərin, Sərbəst dönərli valyuta ehtiyatlarının dəyişməsinin ÜDM-ə təsiri qiymətləndirilmiş və qurulmuş reqresiya tənliyi ilə Azərbaycan Respublikasında ÜDM-in illər üzrə qiymətləri və standart səhvləri, habelə tənliyin proqnoz məqsədi üçün istifadə edilməsinin bir sıra xarakteristikaları qrafiki təsvir edilərək 2025-ci ilədək ÜDM-in proqnoz qiymətləri müəyyən edilmişdir. Məqalənin materialları ilə https://sci-conf.com.ua/wp-content/uploads/2020/07/ACTUAL-TRENDS-OF-MODERN-SCIENTIFIC-RESEARCH-19-21.07.20.pdf saytının 337-346-ci səhifələrindən tanış olmaq olar.
T.A.Yadigarovun (C.İ. Bağırov, M.H. Hacıyev və AMEA iqtisadiyyat İnstitutunun doktorantı Q.A.Nacafzade ilə birlikdə)22-24 iyul 2020-ci il tarixində İngiltərədə keçirilən XII Beynəlxalq elmi və praktik konfransın (Abstracts of XII International Scientific and Practical Conference) materiallarında “EViews proqram paketinin tətbiqi ilə Azərbaycan iqtisadiyyatında geniş pul kütləsinin iqtisadi atıma təsirinin ekonometrik qiymətləndirilməsi”(Econometric assessment of the impact of money aggregates on economic recovery in the Azerbaijani economy using the EViews software package) mözusunda elmi məqaləsi dərc olunmuşdur. Məqalədə Azərbaycan Respublikası üzrə geniş pul kütləsinin ÜDM-də xüsusi çəkisi inkişaf etmiş ölkələrlə müqayisə olunaraq, pul aqreqatlarının təhlili aparılmışdır. Burada nəğd pul kütləsinin (M0) keniş pul kütləsinin (M3) tərkibində yüksək olmasının iqtisadi tənzimləmə baxımından qəbul edilməzliyi və iqtisadiyyatın şəffaflığını azaldaraq kölgə iqtisadiyyatının inkişafını şərtləndirəcəyi müəyyən edilmişdir. Məqalənin materialları https://sci-conf.com.ua/wp-content/uploads/2020/07/SCIENTIFIC-ACHIEVEMENTS-OF-MODERN-SOCIETY-22-24-july-2020.pdf saytının 92-99-cu səhifələrindən tanış olmaq olar.
T.A.Yadigarovun (AMEA iqtisadiyyat İnstitutunun dissertantı T.Hüseynova, Azərbaycan Respublikası Kapital Bank ASC-nin əməkdaşı B.Vəlizadə, AMEA iqtisadiyyat İnstitutunun doktorantı V.Cəfərli ilə birlikdə) 28-30 oktyabr 2020-ci il tarixində Kanadada keçirilən “DÜNYA ELMİ: Problemlər, perspektivlər və yeniliklər” (“WORLD SCIENCE: PROBLEMS, PROSPECTS AND INNOVATIONS”) II Beynəlxalq Elmi və Praktik Konfransın materiallarında “Logistikanın səmərəlilik indeksinin gömrük daxilolmalarına təsirinin qiymətləndirilməsi” mözusunda elmi məqaləsi dərc olunmuşdur. Məqalədə Azərbaycan Respublikasında 2007-2019-cu illəri əhatə edən dövrlərdə gömrük rüsumları, ƏDV, aksiz vergisi və yol vergisi üzrə büdcəyə gömrük daxilolmaları təhlil edilmişdir. 2007-ci ildə Ümumdünya Bankının Finlandiyanın Turku şəhərində yerləşən Univesiteti ilə birlikdə dünya ölkələri üzrə logistikanın inkişaf səviyyəsinin hesablama metodukasına uyğun olaraq Azərbaycanda 2007-2019-cu illəri əhatə edən dövr üzrə nəqliyyat-ekspeditor şirkətlərinin logistik operatorları ilə aparılmış sorğulara əsasən logistikanın beynəlxalq səmərəlilik indeksi və daxili səmərəlilik indeksı hesablanmışdır. Bu indeksə əsasən Azərbaycanda logistikanın səmərəlilik indeksinin inteqral göstəricisi müəyyən edilərək logistikanın səmərəlilik indeksinin gömrük daxilolmalarına təsirinin Eviews proqram paketində ekonometrik qiymətləndirilməsi aparılmışdır.
Məqalənin materialları ilə https://sci-conf.com.ua/wp-content/uploads/2020/10/WORLD-SCIENCE-PROBLEMS-PROSPECTS-AND-INNOVATIONS-28-30.10.20.pdf saytının 175-185-ci səhifələrindən tanış olmaq olar.