İqtisadiyyat İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda iştirak edib
- Oxunub 500 dəfə
Dekabrın 17-18-də Maxaçkalada Rusiya Elmlər Akademiyasının (REA) Dağıstan Federal Tədqiqatlar Mərkəzinin 75 illiyinə həsr olunmuş “Əmək və sosial münasibətlərin aktual problemləri” adlı beynəlxalq onlayn elmi-praktiki konfrans keçirilib. Onlayn konfrans REA Dağıstan Federal Tədqiqatlar Mərkəzinin Sosial-İqtisadi Tədqiqat İnstitutu tərəfindən təşkil olunub.
AMEA İqtisadiyyat İnstitutu konfransın təşkilat komitəsinin üzvü, əsas beynəlxalq tərəfdaşlarından biri, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli isə konfransın proqram komitəsinin beynəlxalq iştirakçısıdır.
Onlayn tədbirdə yerli və xarici alimlərin məruzələri dinlənilib, müzakirələr aparılıb. AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Samira Abasova konfransda “Dövlət marketinq fəaliyyətinin makroiqtisadi göstəricilərinin tətbiqi: Azərbaycanın timsalinda” (digər həmmüəlliflərlə birgə) adlı məruzə ilə çıxış edib. Məruzələr Scopus və Web of Sciences indexli konfrans materiallarında nəşr olunacaq (economics.com.az).