İqtisadiyyat İnstitutunun əməkdaşının məqaləsi Türkiyənin “Yeşil İğdır” qazetində nəşr olunub
- Oxunub 440 dəfə
Türkiyənin “Yeşil İğdır” qazetində (20 yanvar 2021-ci il) AMEA-nın İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadimünasibətlər” şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Təbriz Yadigarovun “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin digər rayonlarla qarşılıqlı iqtisadi əlaqələrinin inkişaf perspektivləri” mövzusundakı məqaləsi çap edilmişdir.
Məqalədə keçmiş SSRİ dövrünün statistik məlumatları da daxil olmaqla,statistik rəqəmlər əsasında Azərbaycanın işğaldan azad olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərinin iqtisadi potensialı, o cümlədən su təchizatı potensialı, elektrik enerjisi ehtiyatları, sənaye rekreasiya imkanları, faydalı qazıntılar və xammal potensialı təhlil olunaraq qiymətləndirilmiş və bu ərazilərdə ənənəvi sahələrlə yanaşı bir çox yeni istehsal və xidmət sahələrinin də inkişaf edərək, qeyri-neft sektoru üzrə ixrac məhsularının həcmini stimullaşdıracağı, ölkəmizin investisiya cəlbediciliyini artıracağı qeyd edilmişdir.
Məqalə ilə aşağıdakı linkdən tanış olmaq olar.
https://yesiligdir.com/haber/detay/27788