İqtisadiyyat İnstitutunun əməkdaşlarının məqalələri beynəlxaq konfransın materiallarında nəşr olunub
- Oxunub 383 dəfə
15 aprel 2021-ci il tarixində Çexiyanın paytaxtı Praqa şəhərində «Elm və Qlobal Tədqiqatlar» adlı 7-ci beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransın işində AMEA İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri şöbəsi”nin əməkdaşları - i.f.d., dosent Yunus Sadıqov (“Azərbaycanda dövlət-özəl tərəfdaşlığın inkişafında dövlətin yeri və rolu”), elmi işçi Emil Mirzəyev ("Azərbaycanda kənd təsərrüfatı məhsulları bazarının formalaşması və inkişafı məsələləri") və kiçik elmi işçi Leyla İsayeva (“Azərbaycanın aqrar sektorunda marketinq fəaliyyətinin səmərəli təşkili və təkmilləşdirilməsi”) iştirak ediblər, elmi məqalələri konfransın materiallarında çap olunub.
Həmin məqalələrlə aşağıdakı linkdə tanış ola bilərsiniz.
https://www.inter-nauka.com/uploads/public/16196787861961.pdf