İqtisadiyyat İnstitutunun əməkdaşının məqaləsi Aveiro Universitetində keçirilmiş elmi konfransın materiallarında nəşr edilib
- Oxunub 774 dəfə
AMEA-nın İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Təbriz Yadigarov 24-25 may 2021-ci ildə Aveiro Universitetində (Portuqaliya) onlayn formatda keçirilmiş “İqtisadi və sosial inkişafa dair 68-ci beynəlxalq elmi konfrans”da iştirak etmişdir.
T.Yadigarovun “Azərbaycan Respublikasının dünya ölkələri ilə assosiativ fəaliyyətinin ekonometrik qiymətləndirilməsi” (ECONOMETRIC ASSESSMENT OF THE ASSOCIATIVE ACTIVITY OF THE REPUBLIC OF AZERBAIJAN WITH THE COUNTRIES OF THE WORLD) mövzusunda elmi məqaləsi konfrans materiallarında dərc edilmişdir (səh.-187-197). Məqalədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2010-2020-cı illər üzrə məlumatlarına əsasən assosiativ optimallaşdırılması metodunun tətbiqi ilə Azərbaycanın idxal və ixracında əsas tərəfdaşlarının xüsusi çəkilərinə əsasən entropiya, informasiyanın miqdarı və onun faydalılığı hesablanmış və bu hesablamalara əsasən ölkəmizin uyğun olaraq ətraf dünya ilə assosiativ fəaliyyəti, həmçinin tədqiq olunan dövr üzrə Eviews proqram paketinin tətbiqi ilə ölkəmizin idxal və ixracı üzrə entropiyasının Ümumi Daxili Məhsulun hissəvi entropiyasına təsiri təhlil edilərək qiymətləndirilmişdir.