Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşlarının məqaləsi Çexiyada keçirilən elmi konfransın materiallarında nəşr olunub

  • Oxunub 489 dəfə

17 may 2021-ci il tarixində Çexiyanın paytaxtı Praqa şəhərində «Elm və qlobal tədqiqatlar» adlı 8-ci beynəlxalq elmi konfrans keçirilmişdir.

 AMEA İqtisadiyyat İnstitutunun Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri şöbəsinin əməkdaşları - i.f.d., dosent Yunus Sadıqovun “Azərbaycanda aqrar emal sənayesi və onun davamlı inkişaf istiqamətləri” və i.f.d., dosent Rəmzi Abdullayevin “Kənd təsərrüfatı infrastrukturuna investisiyaların rolu” mövzusunda məqalələri  konfransın materiallarında çap edilib, müəlliflərə müvafiq sertifikat təqdim olunub.

Konfransın materilalları aşağıdakı linkdə verilib

https://www.inter-nauka.com/uploads/public/16226171001108.pdf