Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Tərbiz Əliyevin Macarıstanda “Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın dayanıqlı və inkluziv konsepsiya əsasında bərpa edilməsi” adlı elmi məqaləsi nəşr olunub

  • Oxunub 547 dəfə

 AMEA-nın İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, iqisad elmləri doktoru, professor Tərbiz Əliyevin Macarıstanda nəşr olunan, impakt faktorlu “The scientific heritage” (“Elmi irs”) elmi jurnalında “Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın dayanıqlı və inkluziv konsepsiya əsasında bərpa edilməsi” adlı məqaləsi çap edilib.

 Məqalədə ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatında əldə olunmuş nailiyyətlər, beynəlxalq təşkilatların qiymətləndirməsinin nəticələrinə əsasən ölkənin yüksələn reytinqi, uğurlu islahatlar, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən iri miqyaslı tədbirlər, böyük layihələr, sürətlə aparılan bərpa və yenidənqurma işlərindən bəhs olunur. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində dəymiş dağıntı və zərərin həcmi ilə bağlı faktlar, dəymiş ziyanın miqdarı və strukturu, mədəni irsin dağıdılması, ekoloji terror, 44 günlük müharibədə parlaq qələbənin əldə edilməsi haqqında məlumatlar verilir. Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzur ərazilərində faydalı qazıntılar, xammal, enerji və su ehtiyatlarının olması, turizm imkanları sistemləşdirilir. Habelə qələbədən sonra son bir ildə görülmüş işlərə xüsusi diqqət yetirilməklə bu regionların iqtisadi inkişafı imkanlarının əsas istiqamətləri təsvir edilmiş, davamlı və inklüziv iqtisadi tərəqqi, inteqrasiya olunmuş innovativ infrastrukturun və sahibkarlığın inkişafı imkanları ilə bağlı təklif və tövsiyələr verilmişdir.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar

“The scientific heritage” (“Elmi irs”)