Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni nömrəsi nəşr olunub

  • Oxunub 504 dəfə

 AMEA-nın İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” elmi jurnalının 2021-ci il üzrə üçüncü nömrəsi oxuculara təqdim olunub. Jurnaldakı bütün elmi məqalələrin elektron variantı İqtisadiyyat İnstitutunun internet saytında – economics.com.az - da yerləşdirilib. Məqalələri saytdan yükləməklə oxumaq mümkündür.

  Jurnalda aktual iqtisadi mövzularda elmi məqalələr dərc olunub. Nəşrdə “Qalib Prezidentin liderlik fenomeninin təntənəsi”, “Azərbaycanda elmi fəaliyyətin vahid mərkəzdən idarəedilməsi dövrün tələbidir”, “Azərbaycan milli iqtisadiyyatının davamlı inkişafının strateji hədəfləri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” kontekstində”, “Azərbaycanda inflyasiya proseslərinin devalvasiyalarla tənzimlənməsi “keynsçilik” və “klassik” məktəblərinin prizmasında.”, “Postpandemiya dövründə dayanıqlı inkişafın təmin edilməsinə qlobal rəqabət qabiliyyəti mühitində yeni baxış”, “Azərbaycanda yaşıl iqtisadiyyata keçid prosesində sahələrarası balans modelindən istifadə imkanları”,  “Srtateji yol xəritəsinə uyğun sahibkarlığın inkişafi proseslərində biznes mühitinin rəqəmsallaşdırılması istiqamətləri”, “Pandemiya dövründə qeyri-neft sektorunun vəziyyəti və diversifikasiyası” və s. mövzularda məqalələr yer alıb.

 Xatırladaq ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir (economics.com.az).

 “AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalının 2021-3 sayı