Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"İqtisadi Artım və İctimai Rifah" jurnalının yeni nömrəsi nəşr olunub

  • Oxunub 543 dəfə

AMEA İqtisadiyyat İnstitutunun "İqtisadi Artım və İctimai Rifah" jurnalının 2022-ci il üzrə birinci nömrəsi oxuculara təqdim olunub. Jurnalın bu sayında müxtəlif aktual iqtisadi mövzularda elmi məqalələr yer alıb.

  "İqtisadi Artım və İctimai Rifah" jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 11 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.

 2020-ci ildə jurnalın redaksiya heyətinin üzvləri yenilənmiş, dünyanin nüfuzlu ölkələrinin universitetlərinin iqtisadiyyat üzrə tanınmış iqtisadçı alimləri, akademik və professorlar yeni tərkibə daxil edilmişdir. İldə 4 dəfə dərc olunan elmi nəşrin baş redaktoru iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov), baş redaktorun müavini, professor Müşfiq Atakişiyevdir.

“Elmi əsərlər” jurnalının varisi olan dərgi Azərbaycan Respublikası Әdliyyə Nazirliyində 26.04.2011-ci ildə qeydiyyata alınmışdır (Reyestr № 3402). Habelə beynəlxalq ISSN mərkəzi (Paris) 2020-ci ildə jurnala ISSN kodu vermişdir: ISSN 2707-9309; E-ISSN 2707-9317. ICI World of Journals, Jurnal Internet Archive, Road, Academic Resource Index ResearchBib, Academia.edu, Scribd, Calameo indekslərinə daxildir. Xülasələndirilmə və indeksləşdirilmə davam etməkdədir.

Jurnal iqtisadiyyat sahəsində elmi-nəzəri məqalələrin, araşdırma materiallarının müasir dövrün tələblərinə uyğun formatda nəşrini həyata keçirir. Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində çap edilir. Habelə jurnalın elektron variantı İqtisadiyyat İnstitutunun İnternet saytında (economics.com.az) yerləşdirilir ki, burada məqalələrlə elektron qaydada da tanış olmaq mümkündür (economics.com.az).

 "İqtisadi Artım və İctimai Rifah" jurnalı №1, 2022