İmpakt faktorlu elmi jurnallarda məqalə çapı imkanı
- Oxunub 412 dəfə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 7246/6811aid nömrəli dərkənarı ilə təsdiq olunan “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə bağlı 2022-ci il üzrə Yol Xəritəsindən irəli gələn məsələlərin müzakirəsinə dair Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması" üzrə altqrupunun dördüncü iclası keçirilmiş və iclasın protokolu aidiyyəti üzrə müvafiq dövlət qurumlarına göndərilmişdir. İclasda aparılan müzakirələr zamanı bir sıra qərarlar qəbul edilmiş və həmin qərarlardan irəli gələn məsələlərin icrası barədə tapşırıqlar verilmişdir.
Altqrupun dördüncü iclasının qərarının altıncı bəndində 10-15 məqalənin seçilməsi və impakt faktorlu jurnallarda çapı haqqında təkliflərin hazırlanaraq Komissiyaya təqdim olunması tapşırılmışdır. Bunu nəzərə alaraq, institutların əməkdaşlarının daha əvvəl nəşr olunmamış elmi işləri arasından seçilmiş 2 və ya 3 məqalənin 15 iyul 2022-ci tarixinədək AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinə təqdim olunması xahiş olunur.