Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Kitabtoplama kampaniyasına İqtisadiyyat İnstitutu da qoşulub

  • Oxunub 404 dəfə

 İşğaldan azad olunmuş ərazilərdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu da qoşulub.

 Kitabxanadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın İqtisadiyyat İnstitutunun kitabxana müdiri Şəfəq İslamova kitabtoplama kampaniyasının dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd edib və 396 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışlayıb.